2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Supernova partlayışının gözlənilməsi: Bu cür hadisə Yer kürəsi üçün hansı təhlükələri özündə birləşdirir?

    Alimlər Yer kürəsindən uzaqda olmayan ulduzun partlayaraq supernovaya (digər adı ifrat yeni ulduz) çevrildiyi barəsində məlumatları vaxtından tez əldə etməyə ümid bəsləyirlər. Bu cür məlumatları həm yerüstü teleskoplar həm də yeraltı sensorlar əldə edə bilərlər. Bu halda alimlər Süd Yolu qalaktikasında materiyanın necə yaranması barəsində daha çox məlumat toplaya biləcəklər. Lakin digər tərəfdən bu cür hadisə Yer kürəsi üçün ciddi təhlükələri özündə birləşdirir. Supernova bu və ya digər ulduzun partlaması nəticəsində yaranır. Həmin partlayış zamanı ifraz edilən işıq o dərəcədə parlaq olur ki, o, astronomların müşahidə etdikləri görünən bütün işığı kölgədə qoya bilər.

    Son 1000 il ərzində alimlər bu cür hadisəni yalnız 5 dəfə müşahidə edə biliblər. Həmin hadisələr isə teleskopun icad edilməsindən öncə baş veriblər. “Supernovaların digər qalaktikalarda yaranmaları və bizim qalaktikamızdakı supernova qalıqları sayəsində biz onlar barəsində təsəvvürlərə sahibik. Lakin biz, Yer kürəsindən uzaqda olmayan supernovanın yaranmasını müşahidə etmək istəyərdik. Nəticədə onu müasir teleskoplar və sensorlar vasitəsilə müşahidə etmək mümkün olardı” – alimlərdən biri qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

1054-cü ildə partlamış supernovanın qalıqları olan Xərçəng dumanlığı:

    Supernova partlayan zaman kosmosa ağır elementlər ifraz edilir. Buna görə də Yer kürəsinə yaxın məsafədə ola biləcək supernovanın yaranması öz növbəsində alimlərə Süd You qalaktikasında materiyanın necə yarandığı barəsində daha çox məlumatların əldə edilməsi imkanını verə bilər. “Ağır elementlərin çoxu supernovaların partlayışları nəticəsində yaranıblar. Həmin elementlərin atomları qalaktikanın mövcud olması üçün onu lazımi maddə ilə təmin edirlər. Bu elementlər həmçinin həyat növünün mövcud olması üçün də vacibdir. Məsələn sümüklərimizdəki kalsium, qanımızdakı dəmir, barmağımızda gəzdirdiyimiz üzüyün tərkibindəki qızıl və s. elementlər supernovaların partlayışları nəticəsində yaranıblar” – deyə alimlər qeyd ediblər. Supernova partlayışı nəticəsində yüksək sıxlığa sahib neytron ulduzu qalır.

    Supernovaya çevrilmiş ulduz həddindən artıq böyük olubsa, bu, nəticədə həmçinin qara dəliyin yaranmasına səbəb ola bilər. Supernova partlayışı zamanı böyük miqdarda enerji ifraz edilir. Günəşin 10 milyard il ərzində ifraz etdiyi enerji miqdarı bir supernova partlayışı çərçivəsində ifraz edilə bilər. Bəzən supernova partlayışını Yer kürəsindən adi gözlə gündüz vaxtı da müşahidə etmək olar. Belə ki, partlayış zamanı çox parlaq işıq yaranır. Alimlərin fikirlərinə əsasən Süd Yolu kimi qalaktikada hər 1000 il ərzində təqribi olaraq 20 ədəd supernova yaranır. Lakin son 1000 il ərzində alimlər yalnız 5 dəfə bu cür hadisə müşahidə ediblər. Tarixi mənbələrə əsasən həmin hadisələr 1006, 1054, 1181, 1572 və 1604-cü illərdə baş veriblər.

1572-ci ildə partlamış SN1572 adlı supernovanın qalıqları:

    “Lakin əgər supernovalar bu cür parlaqdırlarsa, nəyə görə insanlar proqnozlaşdırılan 20 hadisə əvəzinə yalnız 5-ni müşahidə ediblər? Cavab çox sadədir. Bizim qalaktikamız yastı diski xatırladır və bizim Günəş sistemimiz onun kənar hissəsinə istiqamətlənmiş yolun 2/3 hissəsində yerləşir. Bu yastı diskin digər tərəfində yaranmış supernovanın qarşısını qalaktikanın mərkəzində olan toz və ulduzlar alırlar” – deyə alimlər qeyd ediblər.

    Supernovaların partlayışları təkcə həyat üçün vacib olan elementlərin istehsalçıları deyil, həmçinin ulduzlar ilə planetlərin formalaşmalarında vacib rolu oynayan faktorlardır. “Supernova partlayışı zamanı kosmosa güclü zərbə dalğaları yayılır. Həmin dalğalar toz və qaz buludları ilə toqquşaraq onların sıxlaşmasına şərait yaradırlar. Nəticədə həmin buludların mərkəzlərində ilk öncə protoulduzlar yaranırlar və daha sonra onlar əsl ulduzlara çevrilirlər. Növbəti mərhələdə isə həmin əsl ulduzların ətraflarında planetlər formalaşır. Bəlkədə Günəş və Günəş sistemi məhz bu cür üsul vasitəsilə yaranıb” – deyə alimlər qeyd ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button