24saat.org Süpürgəçi qadın 8 yaşlı oğlu ilə parkda yatır - VİDEO - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Süpürgəçi qadın 8 yaşlı oğlu ilə parkda yatır – VİDEO

Bərdə rayonunda yaşayan Nazilə Musayeva adlı qadın acınacaqlı vəziyyətdədir. 

24saat.org  BAKU.WS-ə istinadən xəbər verir ki, süpürgəçi qadının yaşayışı haqda sosial şəbəkədə video yayımlanıb. Bildirilir ki, Naziləni uşaq ikən İmişlinin Nurlu kəndində yaşayan Əzizulla adlı şəxs internatdan övladlığa götürüb. Ailə onu istismar (qız uşağına uyğun olmayan işlər gördürməklə) etdikdən sonra evli bir bəyə ərə verib. Nazilənin ondan övladı dünyaya gəldikdən sonra isə, həmin bəy onu tərk edir.

Süpürgəçi işləyən Nazilə ayda 123 AZN maaş alır. Bu isə onun gündəlik xərclərini qarşılamır. Kirayə pulunu vaxtlı-vaxtında ödəyə bilməyən qadın həmin evdən çıxarılıb və hazırda 1 övladı ilə küçələrdə yaşayır. Nazilənin 8 yaşlı oğlu maddi imkansızlıqdan təhsilini davam etdirə bilmir.

Ailəyə yardım etmək istəyənlər, (050) 210 27 35 (Xəyyam bəy) nömrəsi ilə əlaqə saxlaya bilərlər.


SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.