2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Surət Hüseynov neft biznesinə başlayıb

Türkiyədə kommersiya şirkətləri reyestrində yer alan məlumatlar əsasən Surət Hüseynov bu ölkədə neft biznesi ilə məşğuldur.

Azadliq.org-un yaydığı xəbərə görə, bu sənədlərdə qeyd edilən 1959-cu il təvəllüdlü Surət Davud oğlu Hüseynova aid bütün şəxsi məlumatlar Azərbaycanın keçmiş Baş nazirinin şəxsi məlumatları ilə eynidir.

“Detaş Dış Ticaret Anonim Şirketi”nin qeydiyyat sənədlərində 4640593850 hesablı vergi nömrəsinin sahibi Surət Hüseynov idarə heyətinin üzvü olaraq qeyd olunur. 50.000 TL (14.5 min ABŞ dolları) nizamnamə kapitalına malik “Detaş Dış Ticaret Anonim Şirketi” Türkiyədə Neft və neft məhsullarının ixrac və idxalını həyata keçirir.

Saytların yığılması Saytlarin yigilmasi

Sabiq baş nazir Hüseynov Sürət Davud oğlu 1959-cu ildə fevralın 12-də Gəncə şəhərində anadan olub.

Surət Hüseynov 2016-cı ilin fevralın 5-də “Detaş Dış Ticaret Anonim Şirketi”nin idarə heyətinin toplantısında şirkətin yeganə səhmdarı və idarə heyətinin sədri seçilib. O, bu vəzifədə Mahmut Celal Derinkökü əvəzləyib.

Türkiyənin dövlət orqanları reysterində “Detaş Dış Ticaret Anonim Şirket”inə aid oluğu qeyd edilən telefon nömrəsi işləmədiyindən qarşı tərəflə əlaqə yaratmaq cəhdi alınmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button