2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Suriya hökumət qüvvələrinin hücumları zamanı 6 türk əsgəri həlak olub

Türkiyə prezidentinin bazar ertəsi bildirdiyinə görə, Suriya hökumət qüvvələrinin 6 türk əsgərinin ölümünə səbəb olan hücumlarına cavab olaraq, Türkiyə qüvvələri ölkənin şimalındakı hökumət qüvvələrinin mövqelərini hədəf alıb. Suriyada müharibəni monitorinq edən qrup azı 6 Suriya əsgərinin öldüyünü bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Türkiyə qüvvələrinin Suriyanın şimal-qərbində üsyançıların son istinadgahı olan İdlib vilayətinə daxil olmasından bir neçə saat sonra baş verən atəş mübadiləsinin bu kimi birbaşa toqquşmalar nadir hallarda baş verdiyi üçün iki qonşu ölkə arasında gərginliyi daha da artıra biləcəyi ehimal edilir.

Bundan əvvəl Türkiyənin Milli Müdafiə Nazirliyi Türk qüvvələrinin İdlibə əlavə qüvvə olaraq göndərildiyini və yerli hökumət orqanlarına bu barədə əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq, onlara hücum edildiyini və Türkiyə qüvvələrinin hücuma cavab olaraq hədəfləri məhv etdiyini bildirib. Türkiyənin 9 türk əsgərinin yaralandığı deyilib.

Ukraynaya yola düşməzdən əvvəl jurnalistlərlə görüşən prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə artilleriyasının 46 hədəfi dağıtdığını deyib. Ərdoğan Türkiyənin döyüş təyyarələrinin də əməliyyatda iştirak etdiyini və Suriya tərəfin 30-la 35 arasında itki verdiyini bildirib.

“Bu cür hücumlarla Türkiyənin qətiyyətini yoxlamaq istəyənlər, böyük səhvə yol verdiklərini başa deşəcək” – deyə, Ərdoğan bildirib. “Bizim əsgərlərimiz şəhid olarkən biz səssiz qala bilmərik” Ərdoğan bildirib.

Rusiya ordusu Türkiyənin hücumlarından sonra bazar ertəsi İdlibin de-eskalasiya bölgəsindəki hava məkanının nəzarətini ələ aldığını bildirib.

Amerikanın səsi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button