Now Reading:
Suriya müdaxilə olsa, Türkiyə təyyarələrini vuracağını deyir

Suriya xəbərdarlıq edib ki, onun hava məkanına daxil olan Trükiyə hərbi təyyarələrini vuracaq.

Bu bəyanat Türkiyənin Suriyanın şimalındakı Afrin anklavına hücum edəcəyi barədə xəbərdarlığından sontra səslənib.

Türkiyə hazırda Suriya ilə sərhədin bu sektorunda çox sayda ağır texnika və canlı qüvvə cəmləşdirib.

Afrin şəhərinə kürd qüvvələri nəzarət edirlər.

Suriya xarici işlər nazirinin müavini Faisal Mekdad deyib ki, Afrinin içərilərinə doğru hər hansı müdaxilə Suriyaya qarşı təcavüz aktı kimi qiymətləndiriləcək.

Bəzi məlumatlara görə nazir müavinin bu xəbərdarlığından əvvəl Türkiyə Afrin üzərinə hava kampaniyası üçün Dəməşqin müttəfiqləri Rusiya və İranın razılığını istəyib.

Bu barədə xəbərləri Al-Jazeera və BBC də yayıb.

Türkiyə tankları müdaxilə üçün hazır vəziyyətə gətirilib. Ankara Afrindəki kürd silahlıları terrorçu qruplaşma hesab etdiyini bildirir.

ABŞ Suriyada kürd YPG-nin də daxil olduğu Suriya Demokratik Qüvvələrini dəstəkləyir


Bu arada Afrinin kürd liderləri istənilən hücuma qarşı qətiyyətlə döyüşəcəklərini bəyan ediblər. Afrində 1 milyonadək əhalinin olduğu xəbər verilir.

Bundan bir neçə gün əvvəl ABŞ Suriyanın kürdlərin nəzarətində olan ərazilərində 30 minlik sərhəd təhlükəsizlik qüvvələri yaratmaq planlarını açıqlamışdı.

Bu bəyanat Ankaranı qəzəbləndirdikdən sonra ABŞ dövlət katibi Rex Tillerson bu qərarın yanlış ifadə olunduğunu və söhbətin yeni qüvvə yaradılmasından deyil, İŞİD-in qalıqlarına qarşı döyüşən qüvvələrin möhkəmləndirilməsindən getdiyini vurğulamışdı.

ABŞ Dövlət Departamentinin bəyanatında Vaşinqton Ankaranı Afrin üzərinə hücumdan çəkinməyə çağırır.

Lakin Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu izahatın Ankaranı tam qane etmədiyini bildirib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.