2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Suriya müxalifəti Rusiya, Türkiyə və İranın memorandumunu ‘uca səslə’ rədd edir

AzadlıqRadiosu xəbər verir ki, Rusiya, Türkiyə və İran mayın 4-də Suriyada, uçuşlarsız hava məkanı da daxil, təhlükəsiz zonaların yaradılmasına dair memorandumu imzalayıblar.

Lakin Qazaxıstanın paytaxtı Astanada keçirilən imzalanma mərasimində Suriya müxalifəti bu memorandumu qətiyyətlə rədd edib.

Saytların yığılması Saytlarin yigilmasi

4 may danışıqlarında iştirak edən müxalifət İranı münasqişənin tərəfi olmaqda ittiham edib və bildirib ki, İran atəşkəsin qarantı olduqca, müxalifət təhlükəsiz zonalar planını heç vaxt dəstəkləməyəcək.

Suriya müxalifəti, habelə Rusiyanın mövqeyindən narahatlıq ifadə edib. Müxalifət deyib kİ, Rusiyanın vədləri ilə əməllərinin arasında dərin uçurun mövcuddur.

Suriya müharibəsi boyunca İran və Rusiya prezident Bashar al-Assad-ın rejimini, Türkiyə isə hökumətə müxalif bəzi qüvvələri dəstəkləyib.

Memorandum Rusiya, Türkiyə və İran nümayəndələri tərəfindən imzalanarkən Suriya müxalifətinin bəzi təmsilçiləri ayağa qalxaraq qışqırıblar və zalı tərk ediblər.

Suriya müxalifətinin nümayəndələrindən biri Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanovun danışdığı vaxt qışqırmağa başlayıb: “Biz İranın bu müqavilədə qarant olmasını qəbul etmirik”.

Təhlükəsiz zonaları hərə bir cür adlandırır

Memorandum Suriyanın şimalında, mərkəzində və cənubunda 4 “de-eskalasiya zonasının” yaradılmasını nəzərdə tutur.

İlkin olaraq Rusiya tərəfindən təklif edilmiş “salamat zonalar” qaçqlınların evlərinə qayıtmasına və bu ərazilərə humanitar yardımın sərbəst keçidinə imkan yaratmalıdır.

Bu zonaların perimetri boyunca yaradılacaq yoxlama-buraxılış məntəqələrində müxalifət və hökumət silahlıları keşik çəkməlidirlər.

Bu bölgələrə xarici müşahidəçilər də dəvət oluna bilər.

Türkiyə Xarici İşlər Nazirliyi bildirib ki, “münaqişəsiz zonalar” bütün İdlib vilayətini, Latakya və Hələbin bəzi sektorlarını və Hama vilayətini, Homs vilayətinin bəzi hissələrini və Dəməşq ətrafındakı Şərqi Qutanı əhatə etməlidir.

Ankara bəyan edib ki, bu sazişə Daraa və Quneytra vilayətlərinin əraziləri də daxildir.

Lavrentyev izah edib

Rusiya prezidenti Vladmir Putinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib ki, razılaşma mayın 6-dan qüvvəyə minəcək.

Lavrentyev deyib ki, təhlükəsiz zonalarda silahlı müxalifət bilavasiotə terrorçu təşkilatlarla qarşı döyüşməlidir.

O bəyan edib ki, Rusiya aviasiyası bu zonalar üzərində uçuşlar keçirməyəcək və Suriya Hərbi Hava Qüvvələrindən də belə hərəkət edilməsi gözlənilir.

Lavrentyev bunu da qeyd edib ki, Suriya hökuməti bu ərazilərdə öz qoşunlarına hücum edilmədiyi təqdirdə sazişə sadiq qalacaq.

BMT-nin Suriya üzrə nümayəndəsi Staffan de Mistura (solda) və Putinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyev

BMT-nin Suriya üzrə nümayəndəsi Staffan de Mistura (solda) və Putinin xüsusi nümayəndəsi Aleksandr Lavrentyev

O həmçinin söyləyib ki, bu ərazilərə beynəlxalq müşahidəçilərin buraxılması Rusiya, Türkiyə və İranın razılığı əsasında ola bilər.

Lavrentyev nəhayət bildirib ki, əgər atəşkəs davamlı olarsa, İranın nəzarət etdiyi qüvvələrin Suriyadan çıxarılması müzakirə oluna bilər.

Abdraxmanov deyib ki, Astana prosesi iyul ayında bərpa olunacaq.

Rusiya prezidenti salamat zonalar məsələsini mayın 3-də Türkiyə lideri Erdoğanla üzbəüz, ABŞ prezidenti Donald Trump-la isə mayın 2-də telefonla müzakirə edib.

ABŞ bu münaqişədə BMT-nin egidası altında keçirilən Cenevrə danışıqlarını dəstəkləyir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button