2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Suriya Türkiyənin ona rəsmi şəkildə müharibə elan etməsinə əsas verdi…

Ankara bu əsasdan istifadə edəcəkmi?
Zərdüşt Əlizadə: “Nəzəri baxımdan hər şey mümkündür, amma…”

Bəşər Əsəd hökumətinin təmsilçisi Türkiyə ilə bağlı şok açıqlama ilə çıxış edib. Suriya rəsmisi, “Baas” partiyasının nəzarətində olan milli məclisin baş katibi Halid Abbud İŞİD-in Türkiyə ərazisində törətdiyi terror aktlarınıın məhz Suriya hökumətinin istəyi ilə reallaşdığını bildirib. O, qeyd edib ki, Türkiyə bütün bunlara son qoyulmasını istyirsə, Suriya ilə əməkdaşlıq etməlidir.

Maraqlıdır, Suriya rəsmisinin bu açıqlaması Türkiyənin bu ölkəyə müharibə elan etməsi üçün ciddi və tamamilə qanuni əsas sayıla bilərmi?

Saytların yığılması Saytlarin yigilmasi

Moderator.az-a açıqlama vərən siyasi şərhçi Zərdüşt Əlizadə bunun müharibə üçün əsas sayıla biləcəyini vurğulasa da, digər məqamlara da diqqət çəkdi:

“Nəzəri baxımdan bu, mümkündür. Yəni Türkiyə istəsə, bunu müharibə üçün əsas gətirə bilər. Amma istəməsə, bunu heç vecinə də almaya bilər. Dağılmış bir ölkənin zəif, asılı hökumətinin hər hansı bir bəyanatını ciddi qəbul etməyə əsas yoxdur.

Suriya hökuməti öz ərazisinin 70%-nə nəzarət edə bilmir. Indi o, İranın, Rusiyanın, müəyyən mənada isə Türkiyənin mövqeyindən asılıdır. Odur ki, bu kimi açıqlamaları ciddi qəbul etməyə lüzum yoxdur”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button