Now Reading:
Suriya üzrə danışıqlar təxirə salındı

Suriya üzrə danışıqlar təxirə salındı

Fevralın 8-də İsveçrənin Cenevrə şəhərində keçirilməsi planlaşdırılan Suriya üzrə danşıqlar ayın sonuna təxirə salınıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Suriya üzrə son danışıqlar 23-24 yanvar tarixlərində Qazaxıstanın Astana şəhərində keçirilib. Danışıqların nəticəsi olaraq Türkiyə, Rusiya və İran 2016-cı il dekabrın 30-da əldə olunan atəşkəs rejiminə nəzarət üzrə üçtərəfli mexanizmin qurulması barədə razılaşıb.

Bu gün isə Moskvada Suriya müxalifətinin Sergey Lavrovla görüşü planlaşdırılmışdı. Lakin Suriya Müxalif və İnqilabi Qüvvələri Milli Koalisiyası (SMİQMK) görüşdən imtina edib. Bu barədə SMİQMK-nın yaydığı məlumatda bildirilib. Görüşdən imtinanın səbəbi açıqlanmır.

Jurnalistlərə açıqlamasında PYD-nin (PKK terror təşkilatının Suriya qanadı hesab edilir – red.) rəsmi nümayəndəsi Xaled İsa isə söyləyib ki, Suriya kürdlərinin Demokratik İttifaq Partiyası ölkə konstitusiyasının yeni layihəsini hazırlayıb. Layihənin Rusiya xarici işlər naziri Sergey Lavrova veriləcəyi deyilir.

Input your search keywords and press Enter.