Bizim tərcümə

Suriyada ən çox itki Cinderesdə olub

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-02-16 20:46:42

class=”medianet-inline-adv”>

Suriyada da hiss edilən 7,7 və 7,6 bal gücündə mərkəzi Kahramanmaraş zəlzələləri ölkənin şimal-qərbində böyük dağıntılara səbəb olub. Zəlzələdən xilas ola bilən və dağıntılar altından sağ çıxan suriyalılar kənd və qəsəbələrin ətrafında çadır düşərgələri qurublar. Bəzi ailələr isə vətəndaş müharibəsi səbəbindən illərdir düşərgələrdə qalan qohumlarının yanına yerləşib.

Saytların yığılması Saytlarin yigilmasi

Birləşmiş Millətlər Təşkilatının (BMT) verdiyi açıqlamada müxalifətin nəzarətində olan bölgələrdə 2274 nəfərin həyatını itirdiyi bildirilib. Zəlzələdən sonra 4 gün ərzində sərhəd bölgələrindəki dağıntılar səbəbindən yardımların böyük hissəsi göndərilə bilməyib. Rejim rəhbərliyi qlobal təzyiqlərdən sonra Türkiyədən yardım karvanlarının çatdırılmasına icazə vermək üçün çərşənbə axşamı daha 2 sərhəd qapısını açıb.

Müxalifətin nəzarətində olan dağıntı ərazilərində axtarış-xilasetmə işlərini “Ağ Dəbilqəlilər” mülki müdafiə təşkilatına bağlı qruplar həyata keçirir. Təşkilatın verdiyi açıqlamaya görə, 40 kənd və qəsəbədə ümumilikdə 550 ev tamamilə dağılıb, 1570-dən çox binaya ciddi ziyan dəyib. Yaralıların ümumi sayının 2 min 950 olduğu açıqlanıb.

class=”medianet-inline-adv”>

Suriyada böyük dağıntılara səbəb olan zəlzələlərdə ən çox insan itkisinin yaşandığı bölgə Afrinin müxalifətin nəzarətində olan Cinderes qəsəbəsi olub. Ağ Dəbilqəlilərin verdiyi açıqlamaya görə, Cinderesdə 513 nəfər həyatını itirib, 831 nəfər isə yaralanıb. Cinderesdə dağıntılar altında qalanların xilas edilməsi üçün mübarizə davam edərkən dağılmış binaların ətrafında çadırlar qurulub.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button