2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Suriyada “qaz hücumu”na görə BMT iclası çağrılır

bmt-tsSuriyada onlarla dinc sakinin həlak olmasına və yaralanmasına səbəb olmuş şübhəli kimyəvi hücumdan sonra BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası çağrılıb.

Üsyançıların olduğu ərazilərə hücum qəzəbli beynəlxalq reaksiya yaradıb, ABŞ və digər dövlətlər ölümlərə görə Suriya hökumətini ittiham edir.

Saytların yığılması Saytlarin yigilmasi

Dəməşq rəsmiləri hər hansı silahdan istifadə etdiyini təkzib edir.

Britaniyada mənzillənən Suriya İnsan Haqları Qrupu hücum nəticəsində azı 58 nəfərin öldüyünü deyib, onlardan 11 nəfəri uşaqdır.

Müzakirələr Brüsseldə 70 donor ölkənin Suriyaya yardım səyləri barədə danışıqları ilə eyni zamanda keçiriləcək.

BMT üzvləri dinc suriyalılara humanitar çıxışı gücləndirmək istəyirlər.

Suriya vətəndaş müharibəsi hələ də heç bir siyasi həlli olmadan altı ildən çoxdur ki, davam edir.

Təxminən beş milyon suriyalı ölkədən qaçıb və altı milyondan çoxu isə məcburi köçkündür, BMT deyir.

Döyüşlərdə 250,000 mindən artıq adam həlak olub.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button