2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Suriyada vuruşmaqda təqsirləndirilənlər ifadə verib

Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD-in tərkibində vuruşmaqda təqsirləndirilən şəxslərin məhkəmə prosesi davam etdirilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlər çıxış edərək, irəli sürülmüş ittihamla özlərini təqsirli bilmədiklərini deyiblər. Onlar bildiriblər ki, Suriyada heç bir qruplaşmanın tərkibində döyüşməyiblər və heç bir təlimlərdə iştirak etməyiblər. Proses sentyabrın 5-ndə davam edəcək.
Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində həbs edilmiş Heydərov Zaur Naib oğlu, Əzizov Elbrus Nurməmməd oğlu, Talıbov Vaqif Musa oğlu, Ağcabəyov Rufan Şərəfəddin oğlu və İsmayılov Elşən Aydın oğlu barəsində Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə cinayət işləri başlanılıb. Onlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, həmçinin Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə əməllərində ittiham edilirlər.
Müəyyən edilib ki, Z.Heydərov, E.Əzizov, V.Talıbov, R.Ağcabəyov və E.İsmayılov 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən İŞİD, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button