2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Suriyalı general Əsədin tonlarla kimyəvi silah gizlətdiyini deyir

 2013-cü ildə Suriya ordusundan qaçan general Zahir əl Sakat ölkə rəhbərliyinin Kimyəvi Silahların Qadağan olunması Təşkilatından yüz tonlarla kimyəvi silah gizlədiyini iddia edib.

Amma üç ildir Suriyadan uzaq yaşayan generalın söylədikləri ilə bağlı əlində heç bir dəlili yoxdur. İngiltərənin “Telegraph” qəzetinin xəbərinə görə, 2013-cü ilə qədər Suriya Ordusunda kimyəvi silah birliyinə rəhbərlik edən Sakat qaçdıqdan sonra da bəzi suriyalı səlahiyyətlilərlə əlaqəsini davam etdirdiyini bildirib. Sakat “onlar (Bəşər Əsəd hökuməti) yalnız 1300 tonunu verib, halbuki biz gerçəkdə 2 qat daha çoxuna sahib olduğunu bilirik, əllərində olan ən azı 2 min ton idi” deyib. General gizlədilən ehtiyatların yüzlərlə ton zarin qazı, digər zəhərli maddələr, kimyəvi başlıq daşıya bilən bombalar və Scud tipi mərmilər üçün kimyəvi döyüş başlıqları olduğunu açıqlayıb. O, çox sayda kimyəvi sursatın Humus yaxınlığındakı dağlar, Cebla və Tartus şəhərlərindəki anbarlarda saxlandığını deyib.

Saytların yığılması Saytlarin yigilmasi

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button