2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Suriyalı yazıçı: İslam ölkələrində ən böyük qorxu qadındır

“Müharibənin dərin nəticələri barədə yazmağı erkən hesab edirəm”

Saytların yığılması Saytlarin yigilmasi

Mamoun Cabbari müasir Suriya yazıçısıdır. İki il əvvəl o, öz ölkəsində üzləşdiyi siyasi təqiblərə görə ailəsi ilə birlikdə vətənini tərk edərək, təhlükədə olan yaradıcı insanlara dəstək olan “Azad Şəhər” layihəsinin köməyi ilə Norveçə qonaq yazıçı kimi yerləşib.

Mamoun Cabbari ölkəsində baş verən siyasi, sosialyüklü problemlərdən bəhs edən sarkastik əsərlərlə yanaşı, sadə insanlar, uşaqlar barədə də hekayələr yazır. Yazıçı Meydan TV-yə müasir Suriya ədəbiyyatı, ölkəsindəki müharibənin insanların həyatına təsiri və qadın, LGBT haqlarından danışdı.

– Mamoun, zəhmət olmasa bizə müasir Suriya ədəbiyyatı barədə bir az məlumat verərdiniz?

– 1970 və 1980-ci illər Suriya ədəbiyyatı üçün qızıl illər kimi qəbul edilə bilər, Haydar Haydar, Hani Alraheb kimi mühüm adamlar peyda oldu o illərdə. Onlar Suriyanın 1940 və 1980-ci illərindən yazmışdılar və Suriya oxucuları bu cür yazıları çox yüksək qiymətləndirdilər. Ölkədə baş verənlər, siyasi hadisələr haqqında romanları nəzərdə tuturam. 1980-ci ildən sonra diktaturanın hakimiyyəti gücləndirildi və yazıçılar yazdıqlarına görə cəzalandırılmağa başlandı. Beləliklə, Suriya ədəbiyyatı geriyə çəkildi. Ancaq ədəbiyyat yatmır, belə ki, yazıçılar,“Güzgü” və “Projector” kimi ərəb dünyasında məşhurlaşmış şoular və filmlər yaratmaqla, sarkastik ədəbiyyata keçməklə diktatorlara hiylə gəldilər.

Suriya poeziyası dərin, dolayı fikirlərdən ibarət simvolik məna daşıyır. Amma bizim poeziya, romanlarla eyni dərəcədə populyar olmadığına görə, dövlət tərəfindən o qədər də təzyiqə məruz qalmayıb.

-Ədəbi fəaliyyətinizə nə vaxtdan başladınız? Yaradıcılıq işinizdə hansı mövzular özəl yer tutur?

– Yaradıcılığıma universitetdən, qısa hekayələr və sarkastik məqalələr yazmaqla başladım, bundan əlavə, bəzi ədəbi akademik seminarlara qatıldım. Ən xoşladığım mövzu həyatdır, sadə insanların gündəlik həyatıından yazmaqdır. Çünkü supermenləri heç vaxt sevməmişəm. Uşaqların daim “niyə və necə” sualları məni mübtəla etdiyi üçün, onlar haqqında yazmağı sevirəm.

– Belə bir geniş yayılmış fikir var ki, qadın hüquqları, cinsi azlıqlarla bağlı problemlərə əsasən müsəlman ölkələrində rast gəlinir. Bu hüquqları heç təhlil etmisinizmi?

-Məncə, islam ölkələrində ən böyük qorxu qadındır. Ona görə onun bacarıqlarını nümayiş etdirməyə maneə yaradılır, ona sosial məhdudiyyətlər qoyulur.

Homoseksuallarla mübarizə – din və dinə həddən artıq bağlı insanların mübarizəsidir, ona görə də onların belə cəmiyyətdə mühakimə və zorakılıqla üzləşməsi ümumi haldır. Lakin bu, Suriyada da başqa yerlərdə olduğu kimi, homoseksualların movcudluğunu aradan qaldırmır. Təhsil səviyyəsinə baxmayaraq, bizim kimi ölkələrdə insanlar yenə də bu mövzuda özlərini narahat hiss edirlər.

– Vətəndaş mövqeyi və siyasi amillərin Suriya ədəbiyyatına təsiri hansılardır? Məsələn, deyə bilərikmi, müharibə mövzusu Suriya yazıçılarının yaradıcılığında çox mühümdür?

– Müharibə həqiqətən böyük olaydır, o, gündəlik fəlakətlərdən ibarətdir, ona görə də yazıçılar üçün onun qorxululuğunu ədəbi yolla göstərmək, onun barədə yazmaq təbiidir. Vətəndaşlar öz həyatı üçün böyük ödənişlər edir; ərzaq, dərman sarıdan əziyyət çəkir, iş yerinə gedib çata bilmirlər. Bunların hamısı vətəndaşları onlar barədə yazmaq vasitəsinə çevirir. Müharibənin dərin nəticələri barədə yazmağı erkən hesab edirəm, çünkü o, hələ də davam edir.

-Nədənsə, müsəlman ölkələrinin incəsənət mahiyyəti və ifadə üslubu baxımından konservativ olduğu haqqında bir rəy var. Bu rəy Suriya ədəbiyyatı və ya incəsənətinə ümumilikdə tətbiq edilə bilərmi?

– Suriya incəsənəti islam təsirinə məruz qalmayıb, çünkü Suriya əsasən partizan diktaturası altında olub, bu isə öz növbəsində, islam düşüncələrinin daxil olmasına yol verməyib. Təbii ki, bu müharibədən əvvəlki vaxtlara təsadüf edir.

Müharibədən sonra tamamilə islam nəzarətində olan yerlərdə, incəsənət öz bazarından kənarda qaldı. Onların fikrincə, incəsənət günahdır, ona görə də incəsənət adamlarının əksəriyyəti qaçdı, qalanlar isə ya öldürüldü, ya da yazmağı dayandırdı.

– Ön mühakimələrdən danışdıqda, müsəlman ölkələrindən gəlmiş insanlara qarşı Avropada hər hansı bir ön mühakimə hiss edirsinizmi?

– Bəli, ön mühakimə var və bunlar medianın və sosial cahilliyin yaratdığı mənfi görünüşün nəticəsidir.

– Siz Norveçə sığınacağa ehtiyacı olan yazıçı kimi gəlmisiniz. Siz Suriyanı müharibə və ya siyasi təqiblərə görə tərk etmisiniz?

– Mən Suriyanı üzləşdiyim siyasi təqiblərə görə tərk etdim.

-Sizin iki qızınız var. Bəllidir ki, onlar fərqli ənənələri olan ölkədə doğulmuşlar, ancaq indi olduqca açıq və müasir cəmiyyətdə böyüyürlər. Gələcəkdə hər hansı bir dəyər və ya nəsillərarası qarşıdurmalar olacağını hiss edirsinizmi?

-Qızların doğulduğu mühit və Norveç cəmiyyəti arasında bir qəzanın yaranması təbiidir. Və bizim rolumuz burada bu qəzaları yüngülləşdirmək və fərqlilikləri anlamaqdan ibarətdir. Mən qızlarımı hər iki cəmiyyətdən yaxşı şeyləri götürməyi öyrətməyə çalışıram.

– Deyirlər, Norveç yazıçı olmaq ücün ən gözəl ölkədir. Bir yazıçı kimi, bu ölkə sizin üçün uyğundurmu? Necə düşünürsünüz, özünüzü yazıçı kimi təsdiqləyə biləcəksinizmi?

-Bacarıqlarından və ya mənsubiyyətindən asılı olmadan, Norveç humanistlik və insanlıq baxımından, ən mühüm ölkələrdən biridir. Ancaq mənə Norveç o qədər də kömək etmədi, xüsusən də əsərlərimi ərəbcədən norveç dilinə tərcüməyə gəldikdə. Düşündüm ki, məni mədəniyyət sahəsində işlə təmin edərlər, amma bu, bir xülya oldu. Hazırda mən bacardığım hər hansı bir işi axtarıram.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button