2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Suriyanın şimal-şərqindəki xristianlar Türkiyənin bölgədəki hərbi əməliyyatlarından narahatdır

Suriyanın xristian liderləri Türkiyənin ölkənin şimal-şərqində hücumlarını artırması ilə əlaqədar narahatlıqlarını ifadə edərək, son hərbi əməliyyatların bir çox xristianı və azlıqdakı digər qrup üzvlərinin evlərindən qaçmağa məcbur etdiyini bildirib.

Bölgədəki hərbi rəsmilərin bildirdiyinə görə, keçən həftə Türkiyə xristianların çoxluq təşkil etdiyi Təl-Təmir qəsəbəsinə və ətraf kəndlərə hücumlar həyata keçirib.

“Türkiyənin hücumları bölgədəki iki məktəbi, bir bələdiyyə binasını, bir çörək zavodunu və rayonu elektriklə təmin edən xətti dağıdıb” – deyə, Suriyanın şimal-şərqindəki xristianların yarı-hərbi Suriya Hərbi Şurasının sözçüsü Matay Hanna bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Suriya Hərbi Şurası kürdlərin rəhbərlik etdiyi və İŞİD kimi tanınan İslam Dövləti terror qruplaşmasına qarşı mübarizədə ABŞ-ın əsas ortağı olan ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin (SDF) bir hissəsidir.

Türkiyə Suriya Demokratik Qüvvələrini Vaşinqton və Ankaranın terrorçu qruplaşma kimi tanıdığı Türkiyədəki PKK-nın davamçısı olaraq görür.

Hanna qrupunun Türkiyə və suriyalı ortaqları tərəfindən bölgəyə edilən hər hansı bir hücuma cavab verməyə hazır olduğunu deyib.

Türkiyə ordusu və Suriyanın müttəfiq yarı-hərbi dəstələri Suriya Demokratik Qüvvələrinin döyüşçülərinə qarşı böyük hərbi kampaniyadan sonra 2019 -cu ilin oktyabr ayından etibarən Suriyanın şimal-şərq hissələrini nəzarətində saxlayır.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button