Bizim tərcümə

Suriyanın şimalında ilk yardım

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-02-10 08:00:34

class=”medianet-inline-adv”>

Türkiyədə ikiqat zəlzələnin vurduğu Suriyada can itkisi 3 min 162-yə yüksələrkən, 5 min 235 yaralı olduğu açıqlandı. Türkiyədə baş verən zəlzələlər Suriyanın İdlib, Hələb, Hama, Latakiya, Tartus və Rakka vilayətlərində də güclü hiss olunub və şəhərlərdə böyük dağıntılara səbəb olub. Suriyanın “Ağ Dəbilqəlilər” mülki müdafiə qrupu müxaliflərin nəzarətində olan Suriyanın şimal-qərbində vəziyyətin pis olduğunu bildirsə də, ilk yardım Türkiyə üzərindən bölgəyə çatmağa başlayıb. “Ağ Dəbilqəlilər” könüllülərindən Asim əl-Yəhya “Yüzlərlə ailə hələ də dağıntılar altındadır. “Axtarış-xilasetmə vasitələrinin böyük çatışmazlığı var.

Saytların yığılması Saytlarin yigilmasi

DƏSTƏK YETİŞMƏYƏ BAŞLAYIR

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Ghebreyesus bu gün Suriyaya gedəcəyini açıqlasa da, dünən zəlzələdən zərər çəkən Türkiyənin Cilvegözü və Suriyadakı Bab əl Hava qapılarından ilk keçidlər başlayıb. BMT-nin ilk yardım karvanı dünən bölgəyə çatıb. Digər tərəfdən, “Ağ Dəbilqəlilər” konvoyda lazım olan axtarış-xilasetmə vasitələrinin mövcud olmadığını açıqlayıb.

class=”medianet-inline-adv”>

NAAS-ı SURİYƏYƏ GÖTÜRÜR

Türkiyədə yaşayan bəzi suriyalılar da zəlzələdə həyatını itirən yaxınlarını öz ölkələrində dəfn edirlər. Meyitlər sərhəddən keçirilir və ölkənin şimalında basdırılır. Digər tərəfdən, zəlzələ bölgəsində Ağ Dəbilqəlilərlə yanaşı, Birləşmiş Millətlər Təşkilatının (BMT) 700 əməkdaşı da çalışır. Mütəxəssislər Suriyadakı vəziyyətin ağırlaşmasının səbəbinin Türkiyənin də zəlzələdən təsirləndiyi üçün yardım təşkilatında effektiv iştirak edə bilməməsi olduğunu qeyd edirlər.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button