2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Sürücü polisin ona zor tətbiq etdiyini deyir

Yayımlandı: 22 Sentyabr 2022 22:40

Saytların yığılması Saytlarin yigilmasi

“Hər səhər Heydər Əliyev prospektində sürücüləri saxlayaraq “paxmel” bəhanəsiylə şərləyirlər”

“Taksi sürücüsü deyiləm, sahibkarlıqla məşğul oluram. Sentyabrın 15-də Heydər Əliyev prospektiylə hərəkət edərkən Olimpiya Stadionunun yaxınlığında – birinci radarın altında yol polisləri məni saxladı. Mənə avtoxulixanlıq etdiyimi bildirdilər. Mən görüntü və protokol tələb etdim. Dedilər: “Vermirik və bizimlə polisə getməlisən”. DİN 102 xidmətinə zəng vurdum, polislərsə məni maşından çıxarıb maşınımı dayanacağa aparmaq istədi. Gerisini videogörüntüdə görmüsünüz. Məni aparıb 10 sutka həbs verdilər. Apelyasiya şikayəti verdim”.

Gün ərzində sosial şəbəkələrdə yol polisi ilə arasındakı insidentlə bağlı videogörüntüləri yayılmış və geniş müzakirəyə səbəb olmuş Səməndər Mehdiyev “İnstagram” üzərindən başına gələnlərdən danışıb və daxili işlər nazirinə, baş prokurora müraciət edib. O, ona qarşı kobudluq etmiş yol polisi müfəttişlərinin işdən kənarlaşdırılmasını istəyib.

Səməndər Mehdiyev Sabunçu rayonu ərazisində Nizami Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Yol polisləri onu avtoxuliqan kimi qeydə alıblar, protokollaşdıraraq məhkəmə qarşısına çıxarıblar. Məhkəmə sürücüyə 10 sutkalıq həbs cəzası kəsib. Səməndər Mehdiyev qərardan apelyasiya şikayəti verərək azadlığa buraxılıb.

Sosial şəbəkələrdə yayılmış görüntülərdə sürücü yol patrul xidmətinin əməkdaşları tərəfindən ona zor tətbiq edildiyini bildirir. Görüntüyə əsasən, polis əməkdaşlarından biri əlini avtomobilin pəncərəsindən içəri salır, sürücü isə maşının pəncərəsini qaldırır və polis əməkdaşının əli pəncərədə sıxışıb qalır. Bu zaman digər polis zabiti pəncərədən əlini salaraq sürücüyə zor tətbiq edir və ondan pəncərəni aşağı endirməsini istəyir. Digər polis əməkdaşı arxa qapıdan maşına oturur.

İnsident görüntülərini Meydan TV-yə göndərən şəxs yazır ki, Nizami rayon DYP-sində özbaşınalıq hökm sürür:

“Açıq şərləmələrlə xalqın başına oyun açırlar. Hər səhər Heydər Əliyev prospektində sürücüləri saxlayaraq “paxmel” bəhanəsiylə şərləyirlər”. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlama verərək bildirmişdi ki, Səməndər Mehdiyev taksi sürücüsüdür. Avtomobilinin üzərində 3 ayı tamam olmuş cərimələrinə görə həbs qərarının olduğu ona izah edilib. Bildirilib ki, qanunun tələblərinə görə avtomobil duracağa aparılmalıdır:

“Sürücü əvvəl razılığını bildirib, daha sora avtomobilə əyləşərək, qapıları bağlayıb həmin yerdən uzaqlaşmağa çalışıb. Bu zaman polis əməkdaşı əlini qapıya atanda ayağı ilə onun əlini sıxır və çəkiliş edib gərginliyi məqsədli şəkildə öz xeyrinə göstərməklə qanuni işini görən polisi nüfuzdan salmağa çalışır”.

Araz Əsgərli Meydan TV-yə Nizami DYPŞ-də sürücülərin şərlənməsiylə bağlı deyilənləri cəfəngiyyat adlandırıb:

“Bir var konkret fakt göstərəsiniz, bir də var fakt olmadan “kimsə belə deyir”. Bunu deyən adam gətirsin ortaya fakt qoysun, araşdırılsın”, – Araz Əsgərli bildirib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button