2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

SÜRÜCÜLƏRƏ BƏD XƏBƏR: DYP-DƏN YENİ CƏRİMƏ NÖVÜ

Polis polkovniki Vaqif Əsədov Sputnik Azərbaycan-a açıqlamasında belə deyib
Əgər sürücü maşınını çoxmərtəbəli binanın həyətində düzgün park etməyibsə, məsuliyyətə cəlb oluna bilər.

myBAKU.az-ın məlumatına görə, /Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Sputnik Azərbaycan-a açıqlamasında belə deyib.

O bildirib ki, DYP-yə başqa sürücülərin maşınlarını düzgün park etməməsi səbəbindən, öz maşınını həyətinə sürə bilməyən şəxslərdən çoxsaylı şikayətlər daxil olur. Əsədovun sözlərinə görə, bu, parklama qaydasının pozulmasına dair inzibati hüquq pozuntusudur.

Saytların yığılması Saytlarin yigilmasi

“Biz həyət yollarında hansı tədbirləri görməliyik ki, vətəndaşlar razı qalsınlar? Heç olmasa, maşını tərk edən sürücülər onun şüşəsinə öz telefon nömrələrini yapışdırsınlar ki, irəlidə hər hansı xoşagəlməz situasiya ilə rastlaşmasınlar” — polkovnik qeyd edib.

SÜRÜCÜLƏRƏ BƏD XƏBƏR: DYP-DƏN YENİ CƏRİMƏ NÖVÜ


BDYPİ rəsmisinin sözlərinə görə, əgər hadisə qapalı həyətlərdə baş verirsə, onda yol polisi ora müdaxilə edə bilmir: “Lakin avtomobil sahibi düşünülmüş şəkildə maşınların həyətdaxili yollarda ümumi istifadəsinə mane olursa, onları bağlayırsa, onda o, məsuliyyət daşıyır. Biz həmişə vətəndaşlara xidmət edirik. Lazım gələrsə, qanunu pozanı tapırıq və maşını başqa yerdə saxlamağı xahiş edirik. Bütün bu məsələlər qanunla tənzimlənir”.

Bununla belə, V. Əsədov yol polisinin işini çətinləşdirməməyi rica edir. Deyir ki, onsuz da, şəhər yollarında kifayət qədər qaydaları pozan sürücülər var. O, əhali arasında bu istiqamətdə anlaşılan bir dildə maarifləndirmə, izahat işlərinin aparılmasını tövsiyə edir.

“Vətəndaşlar, avtomobil sahibləri piyadaları və digər sürücüləri də düşünməlidirlər. Əgər bu gün kimsə qaydaları pozursa, başqalarına mane olursa, bilməlidir ki, sabah da ona qarşı eyni addımı atacaqlar” — polis yetkinlisi vurğulayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button