2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

Sürücülərə və sərnişinlərə ciddi xəbərdarlıq — RƏSMİ

“Hazırda Bakı yollarında tıxac müşahidə olunmur. Sadəcə yollar sürüşkən olduğu üçün nəqliyyat hərəkət edirlər”.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin məsul şəxsi Mais Ağayev Ölkə.Az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu gün paytaxtdakı avtobus sürücülərinə və sahibkarlara ciddi xəbərdarlıq edilib.

Bakıda havaların şaxtalı və yolların buz bağlamasını nəzərə alaraq sərnişindaşıma ilə məşğul olan sahibkarlar və avtobus sürücülərinə xüsusi tapşırıqlar verilib. Adi günlərdə olduğu kimi avtobuslar bu gün də saat 00:00-a qədər işləməlidirlər. Lakin hər bir daşıyıcı üzrə sahibkarlar özləri bilirlər ki, hansı istiqamətə təlabat saat neçəyə qədər olur. Bütün sürücülərə xüsusi tapşırıq verilib ki, yollarda son dərəcə ehtiyatlı olsunlar”, – deyə Mais Ağayev bildirib.

Qeyd edək ki, qarlı və şaxtalı havada sərnişin avtobuslarının fasiləsiz və təhlükəsiz hərkətini təmin etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejimində çalışır. Paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan bütün daşıyıcılara, xüsusən də 77, 205, 53, 31, 39, 50, 64, 94, 211 nömrəli marşrut xətlərinin müvəqqəti istismarçılarına paytaxtda davam edən kəskin hava şəraiti ilə əlaqədar xətlərə buraxılan avtobuslarda intervala əməl olunması, təhlükəsizlik qaydalarına riayət edilməsi, avtobusların texniki cəhətdən saz vəziyyətdə olması barədə lazımi tədbirlərin görülməsi, o cümlədən avtobusların qaraj və avtoparklardan reysə çıxmalarını təmin etmələri barədə təkrar və ciddi xəbərdarlıq edilib. Həmçinin, diqqətə çatdırılıb ki, istismarda olan sərnişin avtobuslarının hərəkəti yolun qarlı və buzlu olması səbəbindən sərnişinlərin və digər nəqliyyat iştirakçıları üçün təhlükə yaradacağı müşahidə olunarsa, avtobusların fəaliyyətini müvəqqəti dayandırmalıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button