2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

SÜRÜCÜLƏR OXUSUN! – Bu halda məsuliyyətdən azad olunursuz!

Statistikaya əsasən, Azərbaycanda piyadaların avtomobillə vurulması halları ümumi yol-nəqliyyat hadisələrinin 67%-ni təşkil edir. Nəticədə hadisəni törətmiş sürücü məsuliyyətə cəlb edilir.

Baş verən hadisə ilə bağlı sürücü hansı hansı hallarda məsuliyyətdən azad oluna bilər?
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən yol eksperti, hüquqşunas Ərşad Hüseynov bildirib ki, nəqliyyat hadisələrinin hər birinə Cinayət Məcəlləsi, Yol-hərəkəti qaydalarına uyğun qiymət verilməlidir:

“Gündüz vaxtı yerüstü piyada keçidindən keçən, yaxud işıqforun avtomobil üçün yanan qırmızı işığında yolu keçən piyadanın vurulması hadisəsində sürücünün günahını müzakirə etməyin heç bir ehtiyacı yoxdur. Günah ortadadır. Bəzən piyada keçidinin olmadığı bir yerdə piyada özünü avtomobilin qarşısına atır. Belə halda sürücünün heç bir günahı yoxdur. Hər bir hadisəyə fərdi qiymət verilməlidir”.

Saytların yığılması Saytlarin yigilmasi

Şikayət geri götürülərsə, sürücü məsuliyyətdən yayına bilərmi?

Hüquqşünas bildirdi ki, belə bir şey yoxdur:

“Yol-nəqliyyat hadisəsi baş veribsə, həmin hadisəyə hüquqi qiymət verilməlidir. Bu, hadisədən zərər çəkmiş piyadanın aldığı xəsarətin nəticəsinə baxır. Məsələn, piyada yol-nəqliyyat hadisəsində ölür. Sürücünün günahı sübut olunur. Orada şikayətin geri çəkilməsinin heç bir əhəmiyyəti yoxdur. Həmin sürücü mütləq məsuliyyətə cəlb olunmalıdır. Sadəcə olaraq, ölən piyadanın yaxınları sürücünü bağışlayırsa, bu zaman cəza yüngülləşdirilə bilər. Məsuliyyətin yüngülləşdirilməsi o deməkdir ki, 3 ildən 6 ilə qədər olan cəza ilə bağlı sürücüyə 4 il cəza verilir, 6 il yox. Barışmaq buna gətirib çıxara bilər.

İkinci məsələ, yol-nəqliyyat hadisəsində sürücü günahkardır, piyadanın sağlamlığına ağır zərər dəyib. Belə halda, zərəçəkmiş şəxs təqsirli sürücü ilə barışarsa, ərizə yazmalıdır. Ərizədə bildirilir ki, vurulmuş zərər ödənilib, heç bir tələbim yoxdur və barışmışıq. Belə halda sürücü məsuliyyətdən azad olunur. Amma bu şərtlərlə – hadisəni sərxoş vəziyyətdə törətməsin, hadisə yerindən qaçmasın, bir də sürücülük hüququ olan adam olsun. Qeyd olunan 3 şərt varsa, sürücü cinayət məsuliyyətindən azad olunur.

Üçüncü bir məsələ, sürücü təqsirlidir, lakin piyadanın sağlamlığına dəyən zərər yüngüldür. Bu halda sürücü ilə piyadanın barışmağının heç bir əhəmiyyəti yoxdur. Həmin sürücü cinayət yox, inzibati məsuliyyətə cəlb olunur və iş məhkəməyə göndərilir. Orada sürücüyə 200 manat cərimə tədbiq oluna, yaxud sürücülük hüququ 1 ilə qədər məhdudlaşdırıla bilər.

Sonda bildirək ki, qeyd olunan şərtlər sürücü təqsirli olduğu halda baş verir. Hadisədə sürücünün təqsiri yoxdursa, zərərçəkmiş şəxsin, ölən piyadanın yaxınlarının şikayəti heç bir əhəmiyyət daşımır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button