2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Sürüşmələr davam edir – Nazirlikdən açıqlama

Bakının Xətai rayonundakı Zığ sürüşmə sahəsində, Abşeron rayonunun “Nübar” qəsəbəsində (“At yalı” adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə ərazisində, Masazır qəsəbəsindəki “Zəli gölü” adlanan ərazidə sürüşmə prosesinin dinamikası aktivdir, yəni burada sürüşmə prosesi davam edir və stabillik yoxdur.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

R.Həsənov bildirib ki, sadalanan ərazilərdəki mövcud çatlarda genişlənmə gedir. Suraxanı rayonu Zığ qəsəbəsində ayrı-ayrı sahələrdə qrunt sularının yer səthinə çıxışı, bəzi ərazilərdə lokal sürüşmə sahələrində nisbi aktivlik müşahidə edilir.

Saytların yığılması Saytlarin yigilmasi

Mütəxəssis qeyd edib ki, Bakının Binəqədi rayonunun, Sabunçu rayonunun Maştağa qəsəbəsinin Nizami küçəsi boyunca bəzi ərazilərində, Savalan qəsəbəsində, Yeni Ramana qəsəbəsindəki “Şuşa şəhərciyi”ndə və Abşeron rayonunun Masazır qəsəbəsində Mirzə İbrahimov küçəsi boyunca subasma hadisələrində aktivlik müşahidə edilib. Bu ərazilərdə subasma hadisələri təbii amillər – atmosfer yağıntılarının təsiri ilə qrunt sularının qalxması səbəbindən baş verib.

Nazirlik rəsmisi əlavə edib ki, Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində Günəşli yaylası küçəsindən tektonik qırılma xətti keçir: “Burada təbii və texnogen amillərin təsirindən aktivləşmə baş vermişdi. Hazırda torpaq qatında gözlə görünən çatlar müşahidə edilir, lakin bu günlər ərzində orada vəziyyət stabildir, ciddi aktivləşmə müşahidə edilməyib”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button