2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Susa bilmirsinizsə, heç olmasa…”

“YAP deputatları əvvəl Fransanı misal çəkib orada da prezidentlik müddətinin 7 il olduğunu söylədilər. Amma bildirdik ki, Fransada 2000-ci ildə bu qayda ləğv edilib. 2002-ci il seçkilərindən bu qayda işləmir. İndi də xaricdə təhsil almış bir gənc deputat İtaliyanı misal çəkir. Adam yaxşı bilir ki, İtaliya parlament respublikasıdır, gözəl anlayır ki, İtaliyada prezidenti parlament seçir”.

24saat.org-un məlumatına görə, bunu REAL-ın icraçı katibi Natiq Cəfərli yazıb. O, prezidentlik müddətinin 7 ilə qaldırılması ilə bağlı referendum aktı haqda münasibətini açıqlayıb: “Sözümün canı odur ki, bu sistemi yaxşı təhsil almış, bilikli insanların belə müdafiə etmələri ürəkbulandırıcıdır. Deputatlar və məmurlar, insanların ağlı və məntiqi ilə oynamayın, təyin edildiyinizə görə susa bilmirsinizsə, heç olmasa, bir az məntiqli tezislər söyleyin”.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button