Loading...
Loading...
Gündəm

Şuşa istiqamətində atəşkəs pozuldu: “Qarşı tərəf itki verib”

“Sentyabrın 3-ü saat 01:00-dan 02:15-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa istiqamətində yerləşən bölmələrimizdən birinin mövqeyi intensiv atəşə tutulub”.

Müdafiə Nazirliyindən sentyabrın 3-də verilən məlumata görə, Azərbaycan Ordusunun hərbi qulluqçularının sayıqlığı və dərhal görülən tədbirlər nəticəsində qarşı tərəf itki verib və susdurulub.

“Hadisə ilə bağlı Rusiya sülhməramlılarının komandanlığı və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb.

Bildiririk ki, bu qəbildən olan təxribata cəhd göstərildiyi hallarda tərəfimizdən Azərbaycan Respublikasının qanunları çərçivəsində adekvat tədbirlərin görülməsi bundan sonra da qəti şəkildə təmin olunacaq”, – deyə MN-dən bildirilib.

Gözdən qaçırmayın:  Azərbaycanın Xarkovdakı konsulluğunun yaxınlığına raket düşüb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button