2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Şuşa Radio-Televiziya Yayım Stansiyasına 200 min manat ayrılıb

Bakı/07.11.21 Prezident İlham Əliyev Şuşa Radio-Televiziya Yayım Stansiyasının layihələndirilməsi və tikintisilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bu məqsədlə 2021-ci  il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ilkin olaraq 200 min manat ayrılacaq.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Radio- Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi azad edilmiş ərazilərdə radio və televiziya yayımı üçün Şuşa Radio-Televiziya Stansiyasının  işini 1 yanvar 2021-ci il tarixinə qədər bərpa edib. Stansiyanın işi 1992-ci ilin mayında şəhərin erməni silahlı qüvvələri tərəfindən işğalından sonra dayanmışdı.—0—

Saytların yığılması Saytlarin yigilmasi

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button