Loading...
Loading...
Xəbərlər

Şuşa şəhəri yaxınlığında Azərbaycan hərbçilərinə hücum olub

Bakı/13.11.21 Bu gün səhər saatlarında Şuşa şəhəri yaxınlığındakı Azərbaycan postuna hücum edilib. Yerli mətbuatın məlumatına görə, silahlı erməni Azərbaycan hərbçilərinə qumbara atıb, onlardan biri yaralanıb.

Hücum edən şəxs yaxınlıqda olan Rusiya sülhməramlıları tərəfindən saxlanılıb.

Ermənistan mətbuatının məlumatına görə, separatçı rejim Azərbaycan hərbçilərinə hücum faktını təsdiqləyib.

Onların versiyasına görə, hücum edən şəxsin ötən gün Şuşa şəhəri yaxınlığında öldürülən “santexnik” Martik Yeremyanın qardaşı olduğu iddia edilir.

Caliber.az isə bildirir ki, saxlanılan şəxs  Norayr Mirzoyandır və o Erenyanın qardaşı deyil.

Azərbaycan Müdafiə Nazirliyi hadisə ilə bağlı hələlik məlumat yaymayıb.-06Â-

Hadisə yerindən görünrülər

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button