Loading...
Loading...
Siyasət

Şuşa yaxınlığında atışma, Ermənistan tərəfin itkiləri var

Bakı/03.09.21 Sentyabrın 3-də saat 01:00-dan 02:15-ə qədər Ermənistan silahlı dəstələri Azərbaycan Silahlı Qüvvələrinin Şuşa istiqamətində yerləşən mövqeyini intensiv atəşə tutub. Azərbaycan hərbi qulluqçularının cavab tədbirləri nəticəsində qarşı tərəf itki verib və susdurulub, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

“Hadisə ilə bağlı Rusiya sülhməramlılarının komandanlığı və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb.

Bildiririk ki, bu qəbildən olan təxribata cəhd göstərildiyi hallarda tərəfimizdən Azərbaycan Respublikasının qanunları çərçivəsində adekvat tədbirlərin görülməsi bundan sonra da qəti şəkildə təmin olunacaq”, deyə məlumatda qeyd edilib.

Ermənistan tərəfi bu faktı təkzib edib, atəşkəs rejimini pozmadığını bildirib. -02D-

 

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  RT və Sputnik-in YouTube kanalları Avropada bloklanır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button