Loading...
Loading...
Siyasət

Şuşada Bakının azad olunmasının 103-cü ildönümünə həsr olunmuş yürüş keçirilib

Bakı/15.09.21 Bu gün erməni işğalından azad olunmuş Şuşa şəhərində Azərbaycanın bir qrup hərbi qulluqçusunun Qafqaz İslam Ordusunun ölkə paytaxtını azad etməsinin 103-cü ildönümünə həsr olunmuş yürüşü keçirilib. 150 hərbi qulluqçunu hərbi orkestr müşaiyət edib.

Şuşa şəhər Dövlət Qoruğunun İdarə Heyətinin sədri Məftun Abbasov yürüşün videogörüntülərini paylaşıb.

Xatırladaq ki, 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu (TürkiyəAzərbaycan hərbi birləşmələrindən ibarət idi) ağır döyüşlərdən sonra Bakını bolşevik-daşnak qüvvələrindən azad edib. Bu, müstəqil dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında mühüm mərhələ olub və hökumətin Gəncədən Bakıya köçməsinə imkan verib.  -02D-

 

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  RT və Sputnik-in YouTube kanalları Avropada bloklanır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button