2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Şuşada Bakının azad olunmasının 103-cü ildönümünə həsr olunmuş yürüş keçirilib

Bakı/15.09.21 Bu gün erməni işğalından azad olunmuş Şuşa şəhərində Azərbaycanın bir qrup hərbi qulluqçusunun Qafqaz İslam Ordusunun ölkə paytaxtını azad etməsinin 103-cü ildönümünə həsr olunmuş yürüşü keçirilib. 150 hərbi qulluqçunu hərbi orkestr müşaiyət edib.

Şuşa şəhər Dövlət Qoruğunun İdarə Heyətinin sədri Məftun Abbasov yürüşün videogörüntülərini paylaşıb.

Xatırladaq ki, 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu (Türkiyə və Azərbaycan hərbi birləşmələrindən ibarət idi) ağır döyüşlərdən sonra Bakını bolşevik-daşnak qüvvələrindən azad edib. Bu, müstəqil dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında mühüm mərhələ olub və hökumətin Gəncədən Bakıya köçməsinə imkan verib.  -02D-

Saytların yığılması Saytlarin yigilmasi

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button