2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Şuşada məktəb layihəsindən Azərbaycan və Türkiyədə belə danışılır…

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçelinin Şuşada məktəb layihəsinin qəbul edilməməsi ilə bağlı açıqlamasından sonra bu məsələyə toxunub.

AZƏRTAC-ın xəbərinə görə, O, deyib ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli tərəfindən hədiyyə olaraq Şuşa şəhərində Üzeyir Hacıbəyli adına incəsənət məktəbinin inşa edilməsi təşəbbüsünü Azərbaycan minnətdarlıqla qarşılamışdı.

Hikmət Hacıyev, 2015

Hikmət Hacıyev əlavə edib ki, Prezident İlham Əliyev mayın 27-də Türkiyənin milli təhsil nazirini qəbul edən zaman Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Şuşaya gözlənilən səfəri çərçivəsində bu ölkə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin təməlqoyma mərasiminin proqramda əksini tapdığını bildirmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Prezidentik köməkçisinin vurğulamasına görə, mütəxəssislər səviyyəsində incəsənət məktəbi binasının memarlıq layihəsinin Şuşa şəhərinin özünəməxsus arxitektura üslubuna uyğunlaşdırılması məqsədilə işçi müzakirələrin aparılması təklif olunub.

“Bu xoşniyyətli təşəbbüsün məqbul görülməməsi əsla müzakirə mövzusu deyildir. Məsələnin mahiyyəti barəsində tam dolğun məruzə olunmamasının anlaşılmazlığa səbəb olduğu istisna edilməyə bilər. Əminik ki, qarşılıqlı anlaşma şəraitində texniki memarlıq xarakterli məsələlər işçi səviyyədə həll olunaraq, Üzeyir Hacıbəyli adına Şuşa incəsənət məktəbinin tezliklə inşasına başlanılacaq”, – deyə Prezidentin köməkçisi qeyd edib.
MHP sədri Dövlət Bahçeli bu günlər “Twitter” səhifəsində qeyd etmişdi ki,həmin layihə uygun görülməyib və bunu sayğı ilə qarşılayırlar.

Bir müddət əvvəl belə bir layihənin gerçəkləşəcəyi ilə bağlı həm Azərbaycanda və həmdə Türkiyədəki bəzi media orqanlarında məlumatlar yer almışdı.

Xatırlatma

Ötən il noyabrın 8-də Azərbaycan ordusu Dağlıq Qarabağda Şuşa şəhərini azad edib.
Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə Qarabağ münaqişəsi başlanmışdı. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Ötən il isə 44 günlük savaş və sonrakı razilaşma nəticəsində Azərbaycan işğal altında olan ərazisinin çox hissəsini azad edib.

24 saat” “Şuşada məktəb layihəsindən Azərbaycan və Türkiyədə belə danışılır…” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button