2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Şuşadan sonra nə olacaq?


Münaqişədə açar sayılan strateji Şuşa şəhərinin alınmasından sonra hadisələr necə cərəyan edə bilər? 

Prezident İlham Əliyev şəhərin alınması elan olunmazdan iki gün əvvəl, noyabrın 6-da BBC telekanalının “Siz sona qədər döyüşəcəksinizmi?” sualına cavabında deyib:

“Ermənistan işğal olunmuş ərazilərdən qoşunların çıxarılması ilə bağlı üzərinə öhdəlik götürməsə, biz sona qədər vuruşacağıq. Hesab edirəm ki, Ermənistan böyük bir səhv edir, çünki lap əvvəldən bizə qulaq assaydılar, müharibə uzun müddət bundan öncə dayanardı və biz artıq danışıqlar masası arxasında olardıq”.

Saytların yığılması Saytlarin yigilmasi

 

Ankara Siyasi Araşdırmalar Mərkəzinin analitiki Orxan Qafarlı bildirir ki, ola bilsin bu məğlubiyyətdən sonra Ermənistanın baş naziri Nikol Paşinyan istefa vermək məcburiyyətində qalsın.

Orxan Qafarlı bildirir ki, bu halda qısa müddətli atəşkəsin elan edilməsi və yeni müzakirə formatının formalaşmasını görmək mümkündür:

“Şuşa Dağlıq Qarabağda erməni rejiminin özünə paytaxt elan etdiyi Xankəndinin təqribən 10 kilometrliyindədir. Bu da Ermənistan və Dağlıq Qarabağın erməni icması üçün böyük bir təhlükədir. Onlar danışıqlara getmək məcburiyyətində qalacaqlar. Çünki başqa şəkildə Xankəndini də itirmə təhlükəsi ilə üz-üzə qala bilərlər”.

Bununla belə, Orxan Qafarlı istisna etmir ki, Ermənistanın baş naziri hakimiyyətdə qala və müharibəni davam etdirə bilər. 

 

Rusiyanın öz istəkləri var, amma…

Siyasi şərhçi Rauf Mirqədirov deyir ki, Şuşanı almaqla Azərbaycan hərbçiləri öz sözlərini demiş, vəzifələrini icra etmiş sayılırlar, çünki artıq danışıqlarda Azərbaycan üçün daha üstün və sərfəli mövqe yarandı və Azərbaycan artıq güzəştə gedən yox, şərtləri diqtə edən tərəfdir. Şərhçi bildirir ki, heç də hər şey həll olunmayıb, regionda maraqları olan qüvvələr var:

“Qarabağ məsələsi sülh müqaviləsi imzalanmayana qədər həll olunmur. Müharibə ancaq şərait yaradır, danışıqlarda müəyyən bir üstünlük verir bizə. Rusiyanın bu gün Azərbaycandan tələb etdiyi bir neçə məsələ var. Bu heç də döyüş əməliyyatlarının nə vaxt dayandırılması məsələsi deyil. Rusiya açıq şəkildə regionda Rusiya sülhməramlılarının yerləşdirilməsini istəyir”. 

Rauf Mirqədirov hesab edir ki, Türkiyə və başqa müttəfiqlərlə birlikdə, Azərbaycanın Rusiyanın regionda mövqeyinin güclənməsinə mane olması mümkündür.

 

Şuşanın azad olunması elan edilməzdən bir gün əvvəl, noyabrın 7-də, Reuters xəbər yayıb ki, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Recep Tayyip Erdoğan və fransalı həmkarı Emmanuel Makronla telefon söhbətlərində Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

Azərbaycan tərəfi danışıqlar masasına öz müttəfiqi Türkiyənin cəlb olunmasında israrlıdır. 

İkinci Qarabağ müharibəsi bu ilin sentyabrın 27-dən başlayıb.

Azərbaycan BMT qətnamələrini əsas gətirib 90-cı illərin əvvəlində itirdiyi Dağlıq Qarabağ və ətraf yeddi rayonu geri qaytaracağını bildirib.

Azərbaycan 200-dən çox yaşayış məntəqəsini geri qaytardağını bildirir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button