2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Şuşanın işğaldan azad edilməsi təcrübəsi Türkiyənin özəl hərbi məktəbində tədris ediləcək

Bakı/18.12.21 Azərbaycan torpaqlarının işğal  azad  edilməsi proseinin mühüm  mərhələlərindən birini  təşkil  edən Şuşanın xilas  edilməsi prosesi  Türkiyənin təzəcə  açılmış hərbi məktəbində  tədris  ediləcək. Bu barədə Turan Agentliyinə  İnternational Practical Martial  Arts Academy-nin  sahibi  və   baş təlimçisi  Onur  Birzak məlumat  verib.

Akademiyanın əsas  məqsədinin müsair  dünyada  tələbin getdikcə  artdığı  yaxın döyüş   metodlarının gənclərə  öyrədilməsi və  başda Türkiyə olmaqla, müxtəlif ölkələrdən gələn   tələblərə    uyğun olaraq döyüşçülər  yetişdirilməsidir.

Qeydiyyatların davam etdiyi  və  təlimlərin başladığı   Akademiyanın təlimçi-müəllimi  Teyyar  Tosun, Turan-a  açıqlamada bu  addımı  dünyada  cərəyan edən prosesləri  diqqətlə   analiz  etdikdən sonra  atdıqlarını  deyib: ”Türk  ordusunun dəstəyi  ilə  Azərbaycan  torpaqlarının işğal azad  edilməsi prosesində  Şuşanın xilası bizi  bu işə sövq  edən əsas  faktorlardan biri oldu. Bilirsiniz  ki, Qərb ölkələri  Azərbaycanın apardığı  44  günlük uğurlu  hərbi  əməliyyatları  diqqətlə  öz  hərbi akademiyalarında tədris  etməyə  başlayıb. Şuşanın coğrafi mövqeyi orada  geniş miqyaslı  hərbi  əməliyyatlar  aparmağa imkan vermədiyinə   görə, xüsusi  təyinatlı  əsgərlərin  rolu  böyük   oldu. Şuşanın işğaldan azad  edilməsi  prosesi  artıq  hərbi  mütəxabatlara  daxil edildiyinə görə,biz  də  Azərbaycanlı   qardaşlarımızın vasitəsiylə  kasetləri  əldə edərək orada  tətbiq  edilən yaxın döyüş  texnikalarını  dərindən öyrəndik və Akademiyamızın tədris  planına  daxil  etdik. Şuşa  zəfərinin metodologiyasını   Akademiyamızda  nəzəri  və  praktiki  baxımdan  öyrətməkdən qürur  duyacağıq.”

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd  edək ki, İnternational  Practical  Martial Arts  Academy  üçün geniş bina və təlim sahələri ayrılıb. Müəllim-təlimçilər  Türkiyənin bu  sahədəki ən təcrübəli  adamlarıdır. Akademiyaya dünyanın əksər ölkəsindən qeyd  olunub  müdavim  statusu  almaq sərbəst olub tədris  və təlim ödənişlidir.—0—

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button