Loading...
Loading...
Gündəm

Şuşanın işğalına kədərlənməyənlərin qələbə günü

Yaxud, evində yas olan adamın, qonşunun toyunda rəqs etməyi

Azərbaycanda hər il 9 may tarixi “Qələbə günü” kimi qeyd edilir, bu gün qeyri-iş günləri sırasındadır və hər ilin bu günündə müharibə vetereanları təltif olunur, ekrana çıxarılır, gündəmi müharibə əhvalatları zəbt edir. Əlbəttə, faşizm dəhşətli bir bəla idi və bəşəriyyətin bu bəladan xilas edilməsi müsbət hadisədir. Bu müharibədə qəhrəman Azərbaycan oğulları da iştirak edib, şəhid olub, əsir düşüb, yaralanıb və.s
Amma bir həqiqət də var ki, bu müharibədə iştirak edənlər müstəmələkəsi olduqları Sovet dövlətinin bayrağı altında döyüşürdülər. Bu müharibə müstəqil Azərbaycan uğrunda aparılmayıb, “xalqlar həbsxanası”nın maraqları naminə aparılıb. O “xalqlar həbsxanası” ki, bu gün də onun tör-töküntüləri Azərbaycana ən ağır bəlalar gətirirlər, Azərbaycanın düşmənlərinə qucaq açırlar. Yəni, bu günün Rusiyası imperiya arzusundan,region ölkələrini zəiflətmək, özündən asılı salmaq marağından imtina etməyib. Amma Azərbaycan hökuməti Rusiyanın xoşuna gəlmək üçün 9 may tarxini toy-bayram edir. 20 faiz ərazisi işğal olan ölkənin hökuməti niyə 72 il əvvələ bu qədər böyük qiymət verir, amma aprel döyüşlərində şəhid olanların ailələrinə əzab-zəiyyətlə müavinət ödəyir? Niyə Sovetlər uğrunda döyüşənlərə hər il mükafatlar verilir, amma 13500 şəhis ailəsinin “qan pulu” hələ də verilmir? Müstəqil Azərbaycan uğrunda döyüşənləri ucuz tutub, şərləyib həbsə atıb, intihar həddinə çatdırıb, Sovetlər uğrunda döyüşənləri zirvəyə qaldırmaq hansı tələbatdan doğur?
9 may qələbəsinin 72 illiyi, Şuşa məğlubiyyətinin 25 illiyinə təsadüf edir. Niyə 9 maya görə sevinənlərin, 8 maya görə kədərləndiyini görmədik?
Hökumətin bu canfəşanlığı evində yas olan adamın, qonşunun toyunda rəqs eləməyinə bənzəyir.
Bir daha təkrar edirik ki, bu qələbəni öz adına yazdıranlar bu gün 20 faiz ərazinin işğalına səbəb olanlardı. Bəli, Xocalı vəhşiliyini törədənlərin, 20 yanvar qəddarlığının ssenari müəlliflərinin, Ermənistana atalıq edənlərin sevincinə qoşulmaq, şəxsi maraqlara xidmətdən doğur.
Öz vətəndaşını 25 ildir məğlubiyyətlə qürursuzlaşdıran hökumət, başqa bir dövlətin qələbəsinə əl çalmaqla məşğuldu. Bu gün telekanallar, mətbuat, hökumət sözçüləri itirlmiş rayonlar haqqında danışmalı, intiqam alovu saçmalı, bu ərazilərin unudulmaması naminə mübarizə aparmalıdı. Amma hökumət erməni kilsələrinə pulsuz qaz verməklə, erəmniləri Bakıda gül-çiçəklə qarşılamaqla, ermənipərəst ölkələrdə milyonluq layihələr təşkil etməklə məşğuldu. Dünyada və ölkədə “ermənipərəst” damğası vurmaq üçün adam axtarırlar, amma özləri ermənipərəstləri “sevimli qonaq” koteqoriyasına salıblar.
Xülasə, bu hökumətin 9 may günündə sevindiyini görsək də, işğal tarixlərimizdə kədərləndiyini görmədik. Çünki, Qarabaq bunların qəlbində, qara bağa çevrilməyib.

Gözdən qaçırmayın:  “Mən Zelenskiyə səs verməmişdim…” - Press Klub

Akif

24saat.org

Mənbə – azadliq.info

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button