2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Şuşaya gedən yolun tikintisi başa çatır

Bakı/07.09.21 “Zəfər Yolu”nun – Füzulidən Şuşaya gedən yolun tikintisi sentyabrın sonlarında başa çatacaq, bu barədə sentyabrın 7-də Dövlət Avtomobil Yolları Agentliyinin mətbuat katibi Anar Nəcəfli jurnalistlərə bildirib.

Onun sözlərinə görə, 101 km uzunluğundakı yolun asfaltlanması başa çatıb və hazırda işarələmə və yol nişanlarının quraşdırılması işləri aparılır.

Qeyd edək ki, bu yol Şuşanı Azərbaycanın qalan hissəsi ilə birləşdirəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Hazırda digər iki yoldan istifadə etmək olmur. Yollardan biri – Ağdamdan keçən yol qismən erməni separatçıların nəzarəti altındadır. Laçından keçən ikinci yola Rusiya sülhməramlıları nəzarət edir və bu yoldan Qarabağ erməniləri istifadə edir.

Füzuli-Şuşa yolunun açılması əhalinin şəhərə qayıtmasına start verəcək və Azərbaycanın mədəniyyət paytaxtının tam bərpası işlərini sürətləndirəcək. -02D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button