2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Susuz ilan plastik şüşədən suyu belə içdi

Hindistanda dözülməz quraqlıqdan  susuz qalan bir  kobra ilanı uzadılan plastik şüşədəki suyu dəqiqələrlə içdi.

Bölgəyə gələn xilasetmə qrupu quraqlıqdan susuz qalmış ola biləcəyini düşündükləri ilana su uzatdı. Suyu doya-doya içən ilan normalda yaxınlaşmaqdan çəkindiyi insanların ətrafında olmasına diqqət etmədi.
Bölgə sakinlərinin maraqla izlədiyi anlar kameralara da əks olundu.

Saytların yığılması Saytlarin yigilmasi

Bir adam kobraya plastik şüşə ilə su verərkən, vəziyyətin hər an istənməyən bir şəklə çevrilə biləcəyini bildiyi üçün ilan tutma alətini əlində  hazır saxladı. Bir başqası isə heyvanın quyruğunu buraxmadı.

İlana yalnız su içirməklə qalmayan heyvansevər suyun bir qismini də heyvanın başına tökdü.

İlan daha sonra heyvan qoruma mərkəzinə aparıldı.

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button