Now Reading:
Şüvəlan pansionatında gənc oğlan bıçaqlanıb

Şüvəlan pansionatında gənc oğlan bıçaqlanıb

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə Şüvəlan qəsəbəsində yerləşən Energetika pansionatında qeydə alınıb.
Belə ki, 1999-cu il təvəllüdlü Hüseynov Qorxmaz Fuad oğlu naməlum şəraitdə bıçaqlanıb. O, ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis bölməsinin əməkdaşları onun kim və ya kimlər tərəfindən bıçaqlandığını araşdırır.

24saat.org

Mənbə – azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.