2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Suya görə etiraz edən insanları günahlandırmaq olmaz

Iranın ali dini lideri Ayatolla Əli Xamenei bildirib ki, su qıtlığına görə etiraz edən insanları günahlandırmaq olmaz.

Bu barədə iyulun 23-də Reüters agentliyi məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

İranın Dövlət mediasının iyulun 23-də verdiyi məlumata görə, Xamenei məmurları problemi həll etməyə çağırıb.

“İnsanlar öz narazılıqlarını bildirirlər və reallıqda biz onları günahladıra bilmərik. Onların problemlərini həll etmək lazımdır. Allaha şükürlər olsun ki, dövlət və qeyri-hökumət təşkilatlarının hamısı çalışır, su böhranının həlli üzərində işləyirlər və bu iş davam etdirilməlidir”, deyə Xamenei vurğulayıb.

Qeyd edək ki, artıq xeyli vaxtdır ki, İranın cənub-qərb bölgələrində su qıtlığı və elektrik kəsilmələrinə görə, etiraz aksiyaları keçirilir.

Azadlıq Radiosu Fars xidmətinin məlumata görə, Xuzestan vilayətində çayların səviyyəsinin enməsi regionda içməli su qıtlığı yaradıb. Həmçinin zəmilərdə suvarma problemi yaranıb. Su qıtlığı öz növbəsində elektrik təchizatında da problemlərə səbəb olub.

İyulun 15-də Əhvaz şəhəri və ölknin bir neçə yerində şəhərində eyni tələblə etirazlar keçirilib.

Həmçinin iyulun 21-də verilən məlumata görə Xuzestan vilayətində yenidən etirazlar keçirilib. İranın Dövlət televiziyası həmin aksiya zamanı baş verən toqquşmalarda 1 polis nəfərinin öldüyünu bildirib. Ümumilikdə aksiyalar zamanı baş verən toqquşmalarda bir neçə nəfərin öldüyü bildirilir.

İranda sosial tələblərlə etirazlar bundan bir neçə həftə əvvəl başlayıb.Ötən ay İranın enerji sektorunda da maaşların artırılması tələnbilə tətillər keşirilmişdi.

24 saat” “Suya görə etiraz edən insanları günahlandırmaq olmaz” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button