2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

‘…Suyun həcmi yaxın aylara qədər uçota alınmırdı’

Azərbaycan prezidenti İlham Əliyev Zaur Mikayılovu “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.

Prezident qəbul zamanı çıxışında bu sahədə görülən işlərdən bəhs edib. Daha sonra da o deyib: “Biz, əlbəttə ki, suyun səmərəli istifadəsindən də həmişə narahat idik. Bu sahədə əldə edilmiş uğurlar var, eyni zamanda, çətinliklər var, çatışmazlıqlar var. Bunlar aradan qaldırılmalıdır…”.

Saytların yığılması Saytlarin yigilmasi

“Meliorativ tədbirləri dədə-baba üsulu ilə apara bilmərik”

İ.Əliyev deyib ki, vəzifələrdən biri çatışmazlıqların aradan qaldırılması, idarəetmədə müasir yanaşmanın tətbiq edilməsi, müasir texnologiyaların ölkəyə gətirilməsidir: “Çünki biz bundan sonra meliorativ tədbirləri, necə deyərlər, dədə-baba üsulu ilə apara bilmərik. Dünyanın bu sahədə ən müasir texnologiyaları Azərbaycana gətirilməlidir, sudan səmərəli istifadə edilməlidir. Bizdə mövcud problemlərdən biri də itkilərin böyük həcmdə olmasıdır. Bu itkilər bəzi hallarda təbii xarakter alır, amma bəzi hallarda səhlənkarlıq ucbatından baş verir. Uçotun olmaması, əlbəttə ki, bizim işimizi çətinləşdirir. Ona görə tam uçot aparılmalıdır. Bizim su anbarlarımıza daxil olan və oradan çıxan suyun həcmi yaxın aylara qədər uçota alınmırdı”.

“Suyun ədalətsiz bölüşdürülməsi halları geniş vüsət almışdır”

Prezidentə görə, baxılmalıdır ki, bu sahəyə qoyulan vəsait nəticə ilə nə qədər uzlaşır: “Qoyulmuş bu vəsaitin müqabilində biz hansı nəticəni əldə edirik və edəcəyik. Çünki bu, düzgün hesablanmasa, bizim işimiz heç vaxt səmərə verməyəcək”.

İ.Əliyevin deməsinə görə, təhlil aparılarkən bir şeyə də rast gəlinib – suyun ədalətsiz bölüşdürülməsi halları geniş vüsət alıb: “Burada həm mərkəzi icra orqanları, yerli icra orqanları, bəzi sahibkarlar elə bil ki, sövdələşərək, sudan vicdansızcasına istifadə edirdilər. Belə olan halda, bəzi fermerlərə, bəzi kəndlilərə su çatmırdı. Mən göstəriş vermişdim, indi təhlil aparılır, araşdırma aparılır. Buna da son qoyulmalıdır. Su xətlərinin üzərində çoxsaylı qanunsuz birləşmələr quraşdırılmışdır”.

Prezident sonra da deyib: “Mən göstəriş vermişdim ki, su xətləri üzrə həm vizual monitorinq aparılmalıdır, yəni, yerində, eyni zamanda, müasir müşahidə sistemləri – kameralar quraşdırılmalıdır və bu qanunsuz birləşmələrə son qoyulmalıdır”.

Xatırlatma

Bu gün, aprelin 5-də Zaur Mikayılov “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri təyin edilib.

Dövlət başçısı üç gün əvvəl Əhməd Əhmədzadəni həmin vəzifədən azad etmişdi.

24 saat” “’…Suyun həcmi yaxın aylara qədər uçota alınmırdı’” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button