2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Şvartsenegger ukraynalılara dəstək oldu

Yayımlandı: 13 Yanvar 2023 14:31

Aktyor Ukraynanın “Kalush Orchestra” qrupunun yeni klipinə çəkilib

Hollivud aktyoru, Kaliforniyanın sabiq qubernatoru Arnold Şvartsenegger 2022-ci ildə “Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsinin qalibi olmuş Ukraynanın “Kalush Orchestra” qrupunun yeni “Shchedryi Vechir” klipində çəkilib.

Saytların yığılması Saytlarin yigilmasi

Klipin əvvəlində Şvartsenegger ingilis dilində Ukrayna xalqına müraciət edir.

“Bu güclü mesaj bütün Ukrayna xalqınadır. Əsas da indiki ağır vəziyyətdə. Hər bir kəsin arzusu olar bilər. Hər kəs də arzusunu reallaşıra bilər”, – aktyor deyir.

Videonun sonunda isə mahnının adını ukraynca tələffüz edərək qrupun əhatəsində görünür.

2022-ci il fevralın 24-də Rusiya Ukraynada hərbi əməliyyatlara başlayandan bir ay sonra Arnold Şvartsenegger rus xalqına və Prezident Vladimir Putinə müraciət etmişdi.

O, müharibənin ağır nəticələrindən danışıb, münaqişənin tezliklə həll olunmasını istədiyini bildirmişdi.

“Bilirəm, hökumətiniz sizə deyir ki, bu, müharibə deyil. Ukraynanı denasifikasiya (nasistlərdən təmizləmə) etməkdir. Bu, doğru deyil. Ukrayna yəhudi əsilli prezidenti olan bir ölkədir. Ukrayna bu müharibəyə başlamadı. Bunu millətçilər və ya nasistlər başlatmayıb. Buna Kremldə hakimiyyətdə olanlar başlayıb”, – aktyor söyləmişdi.

Şvartsenegger Prezident Vladimir Putinə “Bu müharibəni siz başlamısınız, bu müharibəni siz aparırsınız, siz də bu müharibəni dayandıra bilərsiniz”, – deyə müraciət etmişdi.

Ukraynadakı hərbi əməliyyatlara bir çox dünya ulduzları etirazlarını bildiriblər.

Rejissor Şon Penn, aktrisa Ancelina Coli isə Ukraynaya səfər edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button