İqtisadiyyat
Səfir: “Azərbaycan strateji enerji təminatçısıdır”
“Azərbaycan Çexiya üçün strateji tərəfdaşdır”.
az24saat.org-un məlumatına görə, bunu Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka bildirib.
“Mən Azərbaycana ikitərəfli qarşılıqlı fayda kəsb edən əlaqələri inkişaf etdirmək üçün gəlmişəm. Bunu Azərbaycan tərəfdən də hiss edirəm. Ölkələrimiz arasında ciddi biznes mövcuddur. Azərbaycan strateji enerji təminatçısıdır. Bu, enerji təhlükəsizliyinin təminatıdır. Biz konkret olaraq bir sıra layihələrdə strateji tərəfdaşlığın verdiyi öhdəlikləri yerinə yetiririk”, – deyə o vurğulayıb.