Səudiyyə Ərəbistanından Livana zəng
2023-08-05 16:58:20
class=”mediyanet-inline-adv”>
Livandakı ən böyük fələstinli qaçqın düşərgəsi olan Ayn Əl Hilve düşərgəsində iki qrup arasında qarşıdurmalar davam edərkən, Səudiyyə Ərəbistanı vətəndaşlarını ölkəni tərk etməyə çağırıb. Səudiyyə Ərəbistanının Livandakı səfirliyinin sosial mediada yayımladığı açıqlamada Livana səyahət qadağasının əhəmiyyəti vurğulanıb və ölkədəki Səudiyyə vətəndaşlarına silahlı qarşıdurmaların baş verdiyi bölgələrdən uzaq durmaları ilə bağlı xəbərdarlıq edilib.
KÜVEYT VƏ İNGİLTERƏ DƏ XƏBƏRDARLIQ EDİLDİ
Digər Körfəz ölkəsi Küveyt Xarici İşlər Nazirliyindən verilən açıqlama ilə Livandakı küveytlilərə diqqətli olmaları və təhlükəli bölgələrdən uzaq durmaları barədə xəbərdarlıq edib.
Digər tərəfdən İngiltərə, Livan üçün avqustun 1-də dərc edilmiş səyahət tövsiyəsini yeniləyərək, ölkənin cənubundakı Ain Al Hilweh qaçqın düşərgəsinə yaxın ərazilərə “lazım olmadıqca səyahət etməyin” tövsiyəsini verdi.
Tərcümə“24 SAAT”