ÖLKƏ

TƏBİB-də iclas keçiriləcək – Yeni qərarlar qəbul oluna bilər


TƏBİB-in İdarə heyəti yanında Tibbi-Elmi Komitədə koronavirusun III dozası ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Yaxın günlərdə bununla bağlı komitənin iclası keçiriləcək.

Sfera.az bildirir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında TƏBİB nümayəndəsi Fərrux Sədirov deyib.  

“Koronavirus peyvəndlərinin ömürlük qoruyuculuq qabiliyyəti yoxdur. Buna görə də, gücləndirici dozanın daha effektiv olması ilə bağlı fikirlər var. Bu proses revaksinasiya, yəni təkrar vaksinasiya deyil, sadəcə  gücləndirici doza adlandırılır.

Komitənin iclasında kimlərə və nə zaman bu dozanın tətbiq olunması müzakirə olunacaq. Proses yəqin ki, laborator göstəricilərə uyğun olaraq həyata keçiriləcək. Əgər qanda antitellər varsa,  III dozanın tətbiqi məntiqli olmaz.

Antitellərin səviyyəsi sürətlə düşən, peyvəndlənməsindən və ya koronadan sağalmasından 6 ay ötən şəxslərə bunun vurulması müzakirə mövzusu ola bilər”, – o bildirib.

 




24 saat

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button