Siyasət

TƏBİB sədr əvəzi təyin edilib

Bakı/13.09.21 TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Qurbanova verilib. Qurbanov Agentliyin Tibbi iddialar departamentinin rəhbəri vəzifələrini icra edir.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və İctimaiyyətlə əlaqələr departamentinin məlumatında deyilir. -06D-

 

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button