Loading...
Loading...
SEÇMƏ

TƏBİB: Xalq artistinin vəziyyəti stabildir

Yayımlandı: 31 Avqust 2022 13:09

COVİD-19-a yoluxmuş Ənvər Həsənovun öz istəyi ilə Xəzər Tibb Mərkəzində müalicə olunduğu bildirilir

Xalq artisti Ənvər Həsənovun müalicəsinə TƏBİB-in tabeliyində olan Xəzər Tibb Mərkəzində davam edilir.

TƏBİB-in yaydığı məlumatda belə deyilir.

Sosial şəbəkələrdə xalq artistinin vəziyyətinin ağır olmasına baxmayaraq, həkim laqeydliyi ilə üzləşməsi barədə məlumatlar paylaşılır.

TƏBİB bildirir ki, avqustun 30-da “Yeni Klinika” tibb müəssisəsində döş qəfəsinin kompüter tomoqrafiyası edilən Ə.Həsənovun bir neçə gün əvvəl ev şəraitində koronavirusa yoluxduğu məlum olub. COVID-19-la bağlı verilən testin nəticəsi isə bu gün – avqustun 31-də pozitiv çıxıb.

Ənvər Həsənov. Foto: “News.milli.az”

“Eyni zamanda, avqustun 31-də xalq artistinin ağciyərinin yoxlanılması məqsədilə TƏBİB-in tabeliyində olan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan həkim-pulmonoq dəvət edilib. Müayinə zamanı xalq artistinin ağciyərində hər hansı ağırlaşmanın olmadığını və iltihabın aparılan müalicə prosesinə uyğun olaraq sovrulduğu müşahidə edilib. Hazırda Ənvər Həsənovun vəziyyəti stabildir və ona bütün zəruri tibbi xidmətlər göstərilir”, – məlumatda qeyd olunub.

Məlumatda o da vurğulanıb ki, xalq artisti öz istəyilə Xəzər Tibb Mərkəzində müalicəsinin davam edilməsini istəyir.

Ənvər Həsənov Azərbaycan tamaşaçısına “Yeddi oğul istərəm” filmində Cəlal, “Dərviş Parisi partladır” filmində Şahbaz, “Babək” filmində Tərxan, “Atları yəhərləyin” filmində Sirac, “Uşaqlığın son gecəsi” filmində Murad obrazı ilə tanışdır.

Meydan TV

Gözdən qaçırmayın:  Müharibə ilə bağlı film tenderlə deyil, satınalma ilə xarici şirkətə verilib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button