Xəbərlər

Təfəkkür Universitetinin tələbələri diplomlarının verilmədiyi üçün etiraz edirlər

İyulun 29-da Təfəkkür Universitetinin tələbələri Təhsil muzeyi qarşısında etiraz ediblər. 2020-ci ilin məzunları diplomlarının verilməməyindən şikayətçidir.

Təfəkkür Universitetinin akkreditasiya müddəti 2016-cı ildə bitib. Tələbələr deyir ki, ikinci kursda onlara başqa universitetə transfer ola bilmək imkanı verilib. Ancaq bir qisim tələbə müəllimlərinə və universitetə dəstək üçün qalıb. Məzunlar şikayət edir ki, bir ildir, nə Təhsil Nazirliyi, nə də “Təfəkkür” universiteti rəhbərliyi onların diplom problemini həll edir.

Aksiyadan sonra Təhsil Nazirliyinin nümayəndəsi tələbələrlə görüşüb, bildirib ki, avqustun 3-də şikayətçilərlə canlı görüş keçiriləcək.


24 saat” “Təfəkkür Universitetinin tələbələri diplomlarının verilmədiyi üçün etiraz edirlər” başlıqlı yazını “”yə istinadən dərc edib.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button