Loading...
Loading...
Xəbərlər

Təhsil Nazirliyi bu ölkələrin universitet diplomlarını tanımadı – SİYAHI

Təhsildə Keyfiyyət Təminatı Agentliyi diplomlarının tanınmasından imtina verilən xarici ali təhsil müəssisələrinin siyahısını açıqlayıb.

Agentlikdən bildirilib ki, 10 universitetin 851 halda diplomuna imtina verilib.

Diplomlarına imtina verilən universitetlər Regionlararası Heyətin İdarəolunması Akademiyası, Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti, İvanovo Dövlət Universiteti, Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Akademiyası, V.N.Karazin adına Xarkov Milli Universiteti, Dağıstan Dövlət Pedaqoji Universiteti, Poltava İqtisadiyyat və Ticarət Universiteti, Tbilisi Açıq Tədris Universiteti, Avropa Universiteti və Gürcüstan Texniki Universitetidir.

Ali təhsil müəssisəsi İmtina sayı
Regionlararası Heyətin İdarəolunması Akademiyası 152
Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti 103
İvanovo Dövlət Universiteti 101
Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Akademiyası 101
V.N.Karazin adına Xarkov Milli Universiteti 76
Dağıstan Dövlət Pedaqoji Universiteti 68
Poltava İqtisadiyyat və Ticarət Universiteti 68
Tbilisi Açıq Tədris Universiteti 64
Avropa Universiteti 60
Gürcüstan Texniki Universiteti 58
Cəm 851

az24saat.org

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button