Loading...
Loading...
Xəbərlər

Təhsil Nazirliyinin yeni strukturu təsdiq edilib

Bakı/20.02.21 Azərbaycan prezidenti İlham Əliyev dekabrın 20-də imzaladığı sərəncamla Təhsil Nazirliyinin yeni strukturunu təsdiq edib.

Sənəd rayon təhsil şöbələrinin ləğvini nəzərdə tutur. Onların bazasında regional idarələr yaradılır. Onların kurasiya əraziləri, demək olar ki, Azərbaycanın iqtisadi regionlarının sərhədləri ilə üst-üstə düşür.

Xüsusən, Abşeron – Xızı Regional Təhsil İdarəsi, Dağlıq Şirvan Regional Təhsil İdarəsi, Gəncə – Daşkəsən Regional Təhsil İdarəsi, Qarabağ Regional Təhsil İdarəsi, Qazax – Tovuz Regional Təhsil İdarəsi, QubaXaçmaz Regional Təhsil İdarəsi, Lənkəran – Astara Regional Təhsil İdarəsi, Mərkəzi Aran Regional Təhsil İdarəsi, Mil – Muğan Regional Təhsil İdarəsi, Şəki – Zaqatala Regional Təhsil İdarəsi, Şərqi Zəngəzur Regional Təhsil İdarəsi, Şirvan – Salyan Regional Təhsil İdarəsi yaradılır.

Peşə Təhsili üzrə Dövlət Agentliyi də Təhsil Nazirliyinin strukturuna daxil edilib.

Həmçinin, bir neçə il əvvəl yerli icra hakimiyyəti orqanlarına həvalə edilmiş uşaq bağçaları və körpələr evləri də Təhsil Nazirliyinin idarəetməsinə qaytarılır. -21D06-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button