Loading...
Loading...
Texnologiya

Təkamül yerində dayanmır: Meymunlar daş silah ixtira etməyə yaxındır…


Alimlər təyin ediblər ki, azad mühitdə yaşamayan oranqutanlar öncədən təlimatlandırılmadan daş silahlardan istifadə edə bilərlər.

Lent.az “technote”a istinadən xəbər verir ki, bu məsələ üzrə aparılmış təcrübə oranqutanların şüura sahib olduqları ilə yanaşı insan əcdadlarının daş silahlardan necə və nə zaman istifadə etdikləri məsələsinə aydınlıq gətirib.

Aparılmış təcrübə iki hissədən ibarət olub. Birinci hissə Norveçdəki zooparkda, ikinci hissə isə Böyük Britaniyadakı zooparkda keçirilib. Norveçdəki zooparkda alimlər oranqutanların silisium plastindən istifadə edə bilib-bilməyəcəklərini və istifadə edəcəkləri halda onun vasitəsilə xüsusi konteyneri kəsə bilib-bilməyəcəklərini öyrənmək istəyiblər. Bu cür hərəkətlər daş silahların yaradılması yolunda ilk addımlardır.

Böyük Britaniyadakı zoopark alimləri isə oranqutanların digərlərini izləyərək bu və ya digər tapşırığı öyrənə bilib-bilməyəcəklərini təyin etməyə çalışıblar.

“Aparılmış tədqiqatlar nəticəsində məlum olub ki, oranqutanlar daş silahlardan vəhşi təbiətdə istifadə etmirlər. Lakin onlar azad mühit şəraitində yaşamırlarsa, daş silahlardan istifadə edə bilərlər. Biz düşünürük ki, oranqutanlar vəhşi təbiətdə daş silahlara ehtiyac duymadıqları üçün onlardan istifadə etmirlər.

Lakin bu, onların bu cür bacarığa sahib olmadıqları mənasını vermir. Məlumdur ki, oranqutanlar böyük ölçülərə sahibdirlər və onlar ağac meymunları hesab edilirlər. Onlara ağacların hündür nöqtələrində daş silahlar lazım deyil” – deyə mütəxəssislər qeyd ediblər.

Norveçdəki zooparkda aparılmış təcrübədə iştirak etmiş oranqutanlar daşdan istifadə ediblər. Lakin onlar daşı sadəcə olaraq qəfəsin divarlarına və döşəməsinə vurublar.

Onlar silisum plastinin əldə edilməsi üçün bir daşı digərinə vurmayıblar. İkinci təcrübə çərçivəsində meymunlara hazır plastin verilib və onlar həmin plastin vasitəsilə qida konteynerini kəsərək onun daxilindən qidanı çıxarıblar. Mütəxəssislərin sözlərinə əsasən bu, ilk haldır ki, öncədən təlimatlandırılmamış oranqutan əşyaları kəsmək bacarığını sərgiləyib.

Böyük Britaniyadakı zooparkda 3 dişi oranqutana plastinin əldə edilməsi yolunda daşı digər daşa necə vurmaq lazım olduğu göstərilib. 

Molly ləqəbli oranqutan plastin material əldə etməsə də, o, bir daşı digərinə vurma prosesini düzgün şəkildə reallaşdırıb.

“Öncədən təlimatlandırılmamış oranqutana insan tərəfindən yaradılmış hazır plastin verilən zaman o, həmin plastindən intuitiv şəkildə istifadə edib və qida konteynerini açıb. Ümumilikdə bu təcrübə onu göstərib ki, daş silahların (zərbə alətləri və iti daşlar) yaradılmaları üçün 2 faktor insanın təkamül keçmişinə dərin kök salmış ola bilər” – deyə mütəxəssislər vurğulayıblar.

Alətlərdən istifadə instinkti insanın uzaq keçmişində yaranmış ola bilər. Digər tərəfdən zooparklarda yaşayan insana bənzər meymunlar insanların təsirləri altına da düşmüş ola bilərlər. Buna misal olaraq zoopark ziyarətçilərinin müxtəlif əşyalardan istifadələrinin izlənməsini gətirmək olar. 

Gözdən qaçırmayın:  POCO X4 Pro 5G və M4 Pro smartfonları təqdim olunub - QİYMƏTİ

24 saat” “
Təkamül yerində dayanmır: Meymunlar daş silah ixtira etməyə yaxındır…
” başlıqlı yazını “lent.az”a istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button