Manşet

TƏKZİB – NAMİQ HƏSƏNOVUN “EDU GALLERY”-yə və İTTİHAMLARA heç bir aidiyyatı yoxdur

Saytımızda 09 Mart tarixində dərc olunan “EDU Gallery”dən 5000 dollarlıq dələduzluq” yazısında şikayətçi Qazaxıstan və Türkiyə Respubliklarının vətəndaşı Şamil Həmzəyev tərəfində adı çəkilən və ittiham olunan NAMİQ HƏSƏNOVUN səlahiyyətli nümayəndəsi tərəfindən TƏKZİB yollanılıb.

24 saat TƏKZİB mətnini qanunvericiliyin tələblərinə uyğun formada təqdim edir:

“Sizin saytınızda 09.03.2021 ci il tarixində “EDU Gallery”dən 5000 dollarlıq dələduzluq” başlığı altında yazı dərc olunub.

Həmin yazıda səxsi nümayəndəsi olduğum şəxs Namiq Həsənov haqqında düzgün olmayan, yalnış, qərəzli və onun ictimai nüfuzunu zədələyə biləcək informasiyalar gedib.

Yazıya görə, guya Namiq bəyin Londonda xüsusi əlaqələri, Neft biznesində rolu və.s kimi kökündən yalnış olan informasiya dərc olunub.

Sizə qətiyyətlə bildirirəm ki, təmsil etdiyim şəxsin yuxarıda sadaladığım və yazıda getdiyi heç bir informasiya ilə yaxından və uzaqdan əlaqəsi yoxdur və heç bir zaman da olmamışdır.

Sadəcə informasiya üçün onu bildirirəm ki, Namiq Həsənova məxsus Bakının Nizami rayonunda yerləşən əmlakı “EDU GALLERİ” tədris mərkəzinə icarəyə vermişik və 2 ilə yaxın bir müddətdə onlar orada fəaliyyət göstərmişlər. 2019-cu ilin sonunda biz bu təhsil şirkəti ilə olan müqaviləmizə xitam vermişik. Namik bəyin təqsirləndirilən şəxs olan Firidun Cavadovla heç bir biznes əlaqəsi, ortaqlığı və münasibəti yoxdur və onun etdiyi əməllərə heç bir məsuliyyət və cavabdehlik daşımır.

Yazıda göstərilən heç bir maliyyə dəstəyindən və ümumiyyətlə heç bir dəstəkdən söhbət belə gedə bilməz. ”

Hörmətlə Əfqan Həmzəyev

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button