Now Reading:
Tələbə özünü universitetin binasından atdı

Tələbə özünü universitetin binasından atdı

Mədəniyyət və İncəsənət Universitetində intihara cəhd hadisəsi qeydə alınıb.

Sözügedən təhsil müəssisəsinin “Kulturologiya” fakültəsinin 3-cü kurs tələbəsi özünü 2-ci mərtəbədən atıb. Hadisə nəticəsində sağ qalan tələbə başından ağır travma alaraq xəstəxanaya yerləşdirilib. İntihara cəhd olayının arxasında bəzi müəmmaların dayandığı bildirilir. Belə ki, guya həmin tələbə sevdiyi qızdan “yox” cavabı alıb. Buna görə də o, yaşamaq istəməyib. Bu üzdən də intihar etmək istəyib.

Başqa bir mənbə isə tələbənin kəsirlərinin olduğunu və buna görə tələb olunan “haqqı” ödəyə bilmədiyindən intihara əl atdığını deyir.

Mədəniyyət və İncəsənət Universitetindən isə hadisənin tamam “başqa səbəbdən” baş verdiyi deyilib: “Heç bir intihar söhbəti yoxdur. Həmin tələbə əyilib ki, “selfie” çəkdirsin, ayağı burxulub və yıxılıb. Bir gün xəstəxanada qalıb, başına tikiş atıblar, hazırda evdə müalicə olunur. İntihar etmək istəyən tələbə özünü ikinci deyil, beşinci mərtəbədən atar”.

Qeyd edək ki, faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma başlanılıb. Prokurorluqdan belə bir hadisənin baş verdiyini təsdiqləsələr də, əlavə məlumat verilməyib. (AzNews.az)

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.