Təl-Əvivə uçuşlar ləğv edilib
class=”mediyanet-inline-adv”>
İsrail Oktyabrın 7-də səhər saatlarında HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları tərəfindən İsrail yaşayış məntəqəsinə qarşı həyata keçirilən “Əqsa Tufan Əməliyyatı”na “Dəmir Qılınclar Əməliyyatı” ilə cavab verib. Hücumlarında can itkisi artmaqda davam edərkən, Əl-Qəssam Briqadaları İsrailin Təl-Əviv şəhərindəki Ben Qurion hava limanına hücum həyata keçirdiklərini açıqlayıb.
Hava limanına hücum hələ təsdiqlənməsə də, bir çox aviaşirkət uçuşları dayandırmaq qərarına gəlib. Hava yolları təhlükəsizlik şərtləri normallaşana qədər uçuşların dayandırıldığını açıqlayıb.
ABŞ United Airlines, Delta Air Lines, American Airlines və Air France təhlükəsizlik səbəbiylə uçuşları dayandırdıqlarını açıqladı. United Airlines bildirib ki, şənbə günü gec və bazar günü İsraildən ABŞ-a uçuşların olması lazım idi, lakin “şərtlər bərpa olunana qədər” uçuşları dayandırıb.
Delta Air Lines nümayəndələri, lazımi cədvəl dəyişiklikləri etmək üçün vəziyyəti izlədiyini və bu həftə uçuşların ləğv edildiyini söylədi. Çin və İsrail arasında uçuşlar həyata keçirən yeganə Çin aviaşirkəti olan Hainan Hava Yolları İsraildəki təhlükəsizlik vəziyyətini əsas gətirərək bazar ertəsi Tel-Əviv və Şanxay arasında uçuşları ləğv edib.
Bu hava yollarına əlavə olaraq, Çin hava yolu şirkəti Hainan Airlines və cənub texnologiya mərkəzi Shenzhen də uçuşları daha gec bir tarixə təxirə salacaqlarını söylədi.
2023-10-09 13:10:32
Tərcümə“24 SAAT”