Loading...
Loading...
Cəmiyyət

Təltif yanlışı

Tanıdığımız və tanımadığımız xeyli müharibə iştirakçısı bu təltiflərdən kənarda qalıb

Bu gün Ordu Günüdür. Fərqli bir ovqatda qarşılayırıq bu günü. Tam olmasa da, qələbə sevinci yaşayırıq. Uzun illər Ermənistanın işğalında olan torpaqlarımızın bir hissəsini yenidən Azərbaycanın nəzarətinə qaytarmışıq. 44 günlük savaşda, əsgər və zabitlərimizin qanı bahasına o torpaqlara yenidən yiyələnmişik. 30 ilə yaxın bir həsrətə son qoyulur, bərpa-quruculuq işləri başlayıb, yaxın illərdə qaçqınlarımız yenidən öz yurdlarına qayıdacaq; Şuşasına, Ağdamına, Füzulisinə, Ağdərəsinə, Kəlbəcərinə, Qubadlısına… Verilən vədlər doğrulsa…

İyunun 24-də prezident İlham Əliyev hərbi qulluqçuların təltif olunması ilə bağlı sərəncam imzalayıb. Qarabağ savaşında iştirak edən və etməyən bəzi şəxslər mükafatlandırılıb. Belə təltiflər müharibə qurtarandan sonra da olmuşdu. O zaman xeyli müharibə iştirakçısı təltifdən kənarda qalmışdı. Narazılıqlar vardı. Ancaq onlara bildirilmişdi ki, dəqiqləşdirmələr aparılır, müharibədə iştirak edən, şücaət göstərən heç kəs diqqətdən kənarda qalmayacaq və növbəti sərəncamlarla onlar da layiq olduqları mükafatı alacaqlar. Məsələn, müharibənin ilk günündən zabit kimi Qarabağa aparılan Cahangir Əlibəyzadə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub. Onun hərbi biletində bununla bağlı qeyd də var. Bildirilib ki, başqa döyüş yoldaşları kimi komandanlıq onun da adını işğaldan azad olunan rayonlara görə mükafatlandırmaq üçün yuxarılara təqdim edib. Ancaq İlham Əliyevin iyunun 24-də imzaladığı 17 sərəncamın heç birində onun adı yoxdur. Həm də C.Əlibəyzadə tək deyil. Tanıdığımız və tanımadığımız xeyli müharibə iştirakçısı bu təltiflərdən kənarda qalıb. 24 iyun sərəncamlarından sonra təltifdən kənarda qalan müharibə iştirakçılarının sosial şəbəkələrdə və saytlarda etirazlarıyla qarşılaşırıq.

Bunun əvəzində döyüşlərdə iştirak etməyən bəzi şəxslər mükafatlandırılıb. Məsələn, istefada olan polkovnik Abdulla Qurbani Füzulinin və Qubadlının işğaldan azad olunmasına görə medalı ilə təltif olunub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı isə Ağdamın, Kəlbəcərin və Füzulinin işğaldan azad olunmasına görə medalı ilə təltif edilib. Baxmayaraq ki, müharibə başlayan kimi onu Anar Eyvazovla əvəz etmişdilər. Belə təltiflərin çox olduğu deyilir, sadəcə biz tanıdıqlarımızın adını çəkirik. Ola bilsin, hansısa kriteriyalara görə onların da bu medalı almaq haqqı var, ancaq müharibənin birbaşa iştirakçılarından sonra. Bu məntiqlə Bəxtiyar Sadıqova, Bəxtiyar Əliyevə, hətta ağcabədili, ancaq Ağdamı Ağcabədidən də çox sevən Aqil Abbasa da medal verilməliydi…

24 iyun təltiflərinin maraqlı, həm də daha çox diqqət çəkən məqamlarından biri döyüşsüz və itkisiz alındığı deyilən 3 rayonla bağlıdır. Dövlət başçısı müharibədən sonrakı əksər çıxışlarında vurğulayır ki, 3 rayonu siyasətlə, qan tökmədən, itki vermədən alıb.

Gözdən qaçırmayın:  Ukraynada əsir götürülən Əzizin ailəsi danışdı - VİDEO

24 saat” “Təltif yanlışı” başlıqlı yazını “Meydan.tv”yə istinadən dərc edib.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button